http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

Ceyhun Bayramov Litva Prezidenti ilə görüşüb - FOTO

08 May 2023 , 17:35
Ceyhun Bayramov Litva Prezidenti ilə görüşüb - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Litva Prezidenti Gitanas Nauseda ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb:

8 may 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Litvaya rəsmi səfəri çərçivəsində Litva Respublikasının Prezidenti Qitanas Nauseda tərəfindən qəbul edilib.

İkitərəfli görüşdə Azərbaycan ilə Litva arasında əməkdaşlıq gündəliyində duran aktual məsələlər müzakirə olunub.

İkitərəfli görüş, daha sonra Prezidentin xarici siyasət baş müşaviri Asta Skaisgirite ilə geniş tərkində davam etdirilib. 

Nazir Ceyhun Bayramov iki ölkə arasında siyasi, iqtisadi, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, kənd təsərrüfatı, təhsil, humanitar və s. sahələr üzrə səmərəli ikitərəfli, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlıq gündəliyinin mövcud olduğunu, münasibətlərin inkişafında qarşılıqlı səfərlərin, siyasi dialoqun mühüm rol oynadığını qeyd edib.

Avropa İttifaqı (Aİ) çərçivəsində Litvanın kommunikasiyalar sahəsində həyata keçirilən layihələrə dəstək göstərdiyini qeyd edən nazir Ceyhun Bayramov, baş verən geosiyasi dəyişikliklər fonunda Xəzər regionunun, o cümlədən Orta Dəhlizin əhəmiyyətinin daha da artdığını diqqətə çatdırıb. Bu kontekstdə, Azərbaycanın regionda bütün nəqliyyat və kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması istiqamətində səylərinin Orta Dəhlizin imkanlarının genişləndirilməsi baxımından faydalı olacağına dair inam ifadə edilib.

Post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində göstərilən səylər, mövcud çağırışlar, o cümlədən mina təhlükəsi barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, xüsusilə aparılan yenidənqurma işləri və mina təhdidi ilə mübarizədə birgə əməkdaşlığın bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsinə mühüm töhfə verəcəyini əminliklə vurğulayıb.

Litva tərəfi Azərbaycan ilə münasibətlərin daha da inkişafı istiqamətində mövcud potensialdan istifadə edilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Aİ-nin Şərq Tərəfdaşlığı proqramının əməkdaşlığın inkişafı üçün mühüm platforma rolu oynadığı, xüsusilə enerji təhlükəsizliyi sahəsində Azərbaycanın etibarlı tərəfdaş qismində çıxış etdiyi məmnunluqla xatırlanıb. Regionda sülh quruculuğu səylərinin təqdirəlayiq olduğunu bildirən Litva tərəfi, mövcud normallaşma prosesinə sadiqliyin vacibliyini qeyd edib və Litvanın bu səylərə dəstək verdiyini bildirib. 

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov və Murat Nurtleu arasında telefon danışığı baş tutub

Ceyhun Bayramov və Murat Nurtleu arasında telefon danışığı baş tutub

XİN: İzobel Koulmanın Azərbaycana qarşı açıqlamasını şiddətlə pisləyir və qətiyyətlə rədd edirik

XİN: İzobel Koulmanın Azərbaycana qarşı açıqlamasını şiddətlə pisləyir və qətiyyətlə rədd edirik

Azərbaycanın Oman və Tailanddakı səfirləri fəaliyyətə başlayıb

Azərbaycanın Oman və Tailanddakı səfirləri fəaliyyətə başlayıb

XƏBƏR LENTİ
  • Dünən
    23:29

    ABŞ İsrailə xəbədarlıq edib
  • Dünən
    23:15

    Antonov: Qərbin Rusiya aktivlərini müsadirə etməsinə Moskvanın cavabları ağrılı ola bilər
  • Dünən
    23:02

    Azərbaycanlı hücumçu Albaniya klubuna transfer oldu
  • Dünən
    22:26

    Təhsil xərcləri 8,7 faiz artırılacaq
  • Dünən
    22:07

    Muxtar Babayev: Regionda ən çox beynəlxalq konvensiyalara qoşulan ölkələrdənik
  • Dünən
    21:48

    Səhiyyə xərcləri 7 faiz çox olacaq
  • Dünən
    21:43

    Gürcüstan sanksiyaların qəbul ediləcəyi təqdirdə ABŞ-a münasibətinə yenidən baxa biləcəyini bildirib
  • Dünən
    21:34

    Azərbaycanda sair büdcə gəlirlərinin 16 % azalacağı gözlənilir
Menyu