Menyu

Bakı Təşəbbüs Qrupu insan hüquqları mükafatına layiq görülüb

Operativ Media
Bakı Təşəbbüs Qrupu insan hüquqları mükafatına layiq görülüb
1 dəq oxu

Bakı Təşəbbüs Qrupu siqh icmasının hüquqlarının müdafiəsinə və insan hüquqları məsələlərinin beynəlxalq səviyyədə gündəmə gətirilməsinə töhfəsinə görə mükafatlandırılıb.

Operativ Media xəbər verir ki, təşkilata mükafat noyabrın 25-də Böyük Britaniya Parlamentində Quru Nanak Dev Cinin doğum ildönümü münasibətilə keçirilən tədbirdə təqdim olunub.

Təşkilatın icraçı direktoru Abbas Abbasov mükafata görə təşəkkür edib və siqh icmasının hüquqlarının müdafiəsi istiqamətində əməkdaşlığın davam etdiriləcəyini bildirib.

Bakı Təşəbbüs Qrupu daha əvvəl "Sikh Federation International" ilə əməkdaşlıq çərçivəsində Cenevrə və Nyu-Yorkda insan hüquqları ilə bağlı tədbirlər keçirib, siqh icmasının üzləşdiyi problemləri beynəlxalq auditoriyaların diqqətinə çatdırıb.

Əlaqəli Xəbərlər