Menyu

"Azərkosmos" ilə “Space X” arasında müqavilə imzalanıb

Redaksiya 919 baxış
"Azərkosmos" ilə “Space X” arasında müqavilə imzalanıb

Bu gün Bakıda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyi ("Azərkosmos") ilə “Space X” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

"Operativ Media" xəbər verir ki, müqaviləni "Azərkosmos"un İdarə Heyətinin sədri Saməddin Əsədov, qarşı tərəfdən isə “Space X”ın prezidenti və əməliyyatlar üzrə baş direktoru Qvin Şotvel (Gwynne Shotwell) imza atıb.

Sənədə əsasən “Space X” şirkətinə məxsus “Starlink” peykləri Azərbaycanda da internet təchizatı həyata keçirə biləcək.

Bu internet xidmətindən əsasən Azərbaycanın fiber-optik internet şəbəkəsi çəkilməsi çətin olan dağlıq və dağətəyi ərazlərində istifadəsi effektiv hesab edilir.

Qeyd edək ki, ötən ilin dekabrıda “Space X” şirkəti “Starlink Azerbaijan” MMC-ni təsis edib. Nizamnamə kapitalı 100 ABŞ dolları olan şirkətin Azərbaycanda qanuni təmsilçisi isə Lauren Ashley Dreyerdir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər