Menyu

Milli Məclisin deputatları Türkiyədə keçirilən prezident və parlament seçkilərini müşahidə edəcək

Nərmin Qocamanlı
Milli Məclisin deputatları Türkiyədə keçirilən prezident və parlament seçkilərini müşahidə edəcək

Milli Məclisin deputatları Əminə Ağazadə və Tural Gəncəliyev Türkiyə Respublikasında keçirilən prezident və parlament seçkilərini ATƏT PA-nın xətti ilə müşahidə etmək üçün mayın 12-də İstanbul şəhərinə səfər edəcəklər.

"Operativ Media" xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Məlumata görə, deputatlar burada seçkilərə hazırlıqla tanış olacaq və seçki günü məntəqələrdə prosesin gedişini, vətəndaşların fəallığını izləyəcəklər.

Səfər mayın 15-də başa çatacaq.

Teqlər:

"Milli Məclisin deputatları Türkiyədə keçirilən prezident parlament seçkilərini müşahidə edəcək"

Əlaqəli Xəbərlər