http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

NATO analitiki İranın azərbaycanlılara qarşı düşmənçiliyinin səbəblərini açıqlayıb

06 İyul 2023 , 16:15
NATO analitiki İranın azərbaycanlılara qarşı düşmənçiliyinin səbəblərini açıqlayıb

“Aİ Ayətullah rejiminin insan haqlarına qarşı repressiyasına və Cənubi Qafqaza müdaxiləsinə qarşı daha güclü mövqe tutmalıdır”.

“Operativ Media” xəbər verir ki, bunu NATO Analitiki, İtaliya Hərbi Dəniz Qüvvələrinin ehtiyatda olan leytenantı Maurizio Geri öz yazısında bildirib.

“Azərbaycanla İran arasında münasibətlər uzun müddətdir ən pis dövrünü yaşayır. Bakı son aylar ərzində iki dəfə öz vətəndaşlarına İrana səfər etməmək barədə xəbərdarlıq edib. Yanvarda Azərbaycanın İrandakı səfirliyində baş vermiş terror aktından sonra bəzi diplomatik əməkdaşların qarşılıqlı surətdə çıxarılması və Azərbaycanın səfirliyinin fəaliyyətinin dayandırılması baş verib.

Fevralda Azərbaycan hakimiyyəti İranın xeyrinə casusluqda şübhəli bilinən 40-a yaxın adamı saxlayıb. 
Mart ayında Bakıda parlamentin deputatı silahlı hücuma məruz qalıb, ona sui-qəsd cəhdində İslam Respublikasının adı hallanır.

Bəzi ekspertlər hətta iki ölkə arasında müharibə riskini də açıqlayırlar. Əslində, Azərbaycan Prezidenti dünyada İranın dövlət olaraq terrorizmi dəstəklədiyini dilə gətirməyə hazır olan azsaylı dövlət başçılarından biridir. 

Bəs İran Azərbaycanda sabitliyi pozmaqda niyə bu qədər maraqlıdır?

Azərbaycan həssas vəziyyətdədir, çünki o, Moskvandan asılılığı itirmək üçün çox ehtiyac duyulan faydalı enerji mərkəzi kimi Qərbin artan diqqətindədir.

Keçmiş Sovet ölkələrində Rusiya və Çinin hökmranlıq cəhdləri ilə təmsil olunan rəqabətli qlobal təhlükəsizlik mənzərəsində Azərbaycan Avropanı Xəzər hövzəsi və Mərkəzi Asiya regionu ilə əlaqələndirən mühüm geosiyasi aktivə çevrilir. 

Azərbaycan Zəngəzur dəhlizinin birbaşa Türkiyə ilə birləşdirilməsi təklifi İranın dəstəyi ilə Ermənistan tərəfindən kəskin etirazla qarşılanır, çünki İran Ermənistan və Rusiya ilə quru əlaqəsindən kəsilmək istəmir.

Amma İran hətta Azərbaycan vasitəsilə də Cənubi Qafqazda təsir dairəsini genişləndirmək istəyir. Əslində, Azərbaycan əhalisinin əhəmiyyətli bir hissəsi şiədir və buna görə də İran regionda öz şiəlik brendinin təsirini genişləndirmək üçün Azərbaycanı öz arxa bağçası hesab edir. 

Bəzi ekspertlər gərginliyin artmasına səbəb kimi Azərbaycanın həm də İsrailin güclü müttəfiqi olmasını misal gətirirlər. Bu da Qərbin regionda geniş təhlükəsizliyinə zəmanət, lakin İran üçün təhlükədir. 

Amma bundan daha çox İranın Azərbaycana qarşı 1991-ci ildə müstəqillik əldə etdikdən sonra başlayan düşmənçiliyinin dərin səbəbi var: İran əhalisinin demək olar ki, üçdə birini etnik azərbaycanlılar təşkil edir və Qərb trayektoriyasında güclü dünyəvi Azərbaycan İranı təhdid edərdi. 


Keçən ay Berlində mən Almaniyadakı Cənubi Azərbaycan diasporuna azərbaycanlı azlığın repressiyaya məruz qaldığı İranda insan haqları, təhsil haqları və daha çox azadlıq nümayişi keçirməyə kömək etdim. 

Bu izdihamın – ilk növbədə Avropanın hər yerindən səfərbər edilmiş etnik azərbaycanlıların – arasında dayanaraq, mitinqin rəsmi olaraq 2006-cı ildə İranda irqçi karikatura qalmaqalından sonra baş vermiş Cənubi Azərbaycanlıların milli üsyanı olan Xordad hadisəsi ilə bağlı olduğunu kəşf etdim. 

Bu hadisədən sonra iddialara görə 5000-dən çox fəal saxlanılıb və işgəncələrə məruz qalıb. Onlardan 150-yə yaxını ya öldürülüb, ya da itkin düşüb (diri-diri yandırılaraq və ya Urmiya gölünə atılaraq). Bir çox insan sonda əlil olub.

Güney azərbaycanlılar uzun müddətdir ki, həm inqilabdan əvvəlki Pəhləvi sülaləsi, həm də mövcud teokratik rejim tərəfindən - İran hakimiyyəti tərəfindən qərəzli rəftar və etnik ayrı-seçkiliyə məruz qalıblar. 

Adətən ikinci dərəcəli vətəndaşlar kimi qəbul edilən etnik azərbaycanlılar onilliklər ərzində assimilyasiya siyasətinə, alçaldıcı stereotiplərə dözüblər.

Bu gün Güney Azərbaycan xalqının dilinin, mədəniyyətinin, irsinin repressiyaya uğramasının sübutları var. 
İran qanunvericiliyi açıq şəkildə azlıqlara öz dillərində danışmaq azadlığını versə də, mərkəzi hökumət faktiki olaraq məktəblərdə və kolleclərdə Azərbaycan dilindən istifadəni qadağan edir. Cənubi Azərbaycan toponimlərinin davamlı olaraq farslaşdırılması da bu məqsədyönlü mədəni mənimsəmə çərçivəsində narahatlıq doğuran başqa bir məqamdır. Halbuki Azərbaycan mədəni və tarixi irsi nəinki diqqətdən kənarda qalır, hətta bəzi hallarda fiziki cəhətdən məhv edilə bilər: Sökülən Təbrizin Ark qalası da belə idi. 

Güney Azərbaycan hərəkatının siyasi ölçüsü də İranda dövlət aparatının repressiyalarına məruz qalır. Beynəlxalq Amnistiya Təşkilatı kimi təşkilatlar İran hökumətinin nümayişlər və mədəni tədbirlər zamanı tez-tez çoxlu sayda insanı necə həbs etdiyini sənədləşdirib. Çoxlu sayda azərbaycanlı fəal Güney Azərbaycanlıların siyasi və mədəni hüquqlarının müdafiəsi istiqamətində göstərdikləri səylər nəticəsində hər il həbs edilir, işgəncələrə məruz qalır və yaxud sürgünə göndərilir.

2022-ci ilin sentyabrında Mahsa Amini etirazlarının alovlanmasından sonra bu etnik qrup üçün işlər daha da pisləşdi. 

Məcburi hicab qanunlarına qarşı nümayişlər sonda siyasi, sosial və iqtisadi tələbləri səsləndirdi, bəziləri İslam Respublikasının ləğvini tələb etdi (məsələn, “ Azadlıq, Ədalət və Milli Hökumət” şüarları). 

İran hakimiyyəti də öz növbəsində Cənubi Azərbaycan vilayətlərində də nümayişləri yatırmaq üçün bütün təhlükəsizlik qüvvələrini səfərbər edib. Bir qrup ekspertin təqdim etdiyi əhatəli hesabatda əks olunur ki, repressiya olduqca qəddar olub: Hesabata görə, Cənubi Azərbaycanın əsas şəhəri olan Təbrizdə məhbusların sayı “ilk iki həftədə 1700-dən çox olub”. 

Bundan əlavə, 2022-ci ilin sentyabr-dekabr ayları arasında hökumətin reydləri İranın Azərbaycan bölgəsində ən azı iyirmi dörd qurbanın təhlükəsizlik qüvvələri tərəfindən güllələnməsinə və yüzlərlə nümayişçinin yaralanmasına səbəb olub. Ən azı 6 etnik azərbaycanlı edam cəzasına məhkum edilib.

Bir neçə konkret hal xüsusilə əhəmiyyətlidir. 2022-ci ilin sentyabrında Zəncanlı yeniyetmə Mehdi Musəvi hüquq-mühafizə orqanları tərəfindən qətlə yetirilib. Mehdinin ailəsinə və qohumlarına hədə-qorxu gələrək qətlə səssiz qalmaları bildirilib. Başqa bir hadisədə isə hədəf 22 yaşlı Nasim Sedqi olub, ailəsi onun qəzada öldüyünü demək məcburiyyətində qalıb.    

Güney Azərbaycanlılara qarşı mübarizə və repressiyalar İran və Yaxın Şərqdə bir çox başqa hallar kimi kifayət qədər beynəlxalq səviyyədə işıqlandırılmaya bilər. Ona görə də Azərbaycan icmaları müxtəlif ölkələrdə və müxtəlif platformalarda öz məqsədlərini xatırlatmalıdırlar.

Aİ İranın Azərbaycana və ya regionun digər ölkələrinə qarşı təxribatlarına və hücumlarına daha çox sanksiyalar tətbiq etməli və hətta lazım gələrsə, Azərbaycana kömək, əməli yardım etməlidir. 

Aİ Rusiyanın dəstəyi ilə İranın Cənubi Qafqaza müdaxiləsini davam etdirməsinə icazə verəcəkmi, yoxsa Avropanın periferiyasının suveren ölkələrinə növbəti müdaxilənin qarşısını almaq, repressiyaya məruz qalan insanların azadlığını və insan haqlarını dəstəkləmək vəzifəsi olacaq? Bunu zaman göstərəcək.
 

OXŞAR XƏBƏRLƏR
Antoni Blinken Prezident İlham Əliyevə zəng edib

Antoni Blinken Prezident İlham Əliyevə zəng edib

ABŞ Zəngəzur dəhlizi ilə bağlı müzakirələri izləyir

ABŞ Zəngəzur dəhlizi ilə bağlı müzakirələri izləyir

Havanın temperaturu 3-6° aşağı enəcək - XƏBƏRDARLIQ

Havanın temperaturu 3-6° aşağı enəcək - XƏBƏRDARLIQ

XƏBƏR LENTİ
  • 22:54

    Ukraynanın ən qaynar nöqtəsi açıqlanıb
  • 22:31

    Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
  • 20:21

    ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib
Menyu