Menyu

ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib

Əsəd Abbaslı
ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib

Birləşmiş Ştatlar Gürcüstanda demokratiya və insan haqlarının pozulması ittihamı ilə 64 nəfər və dövlət nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib.

"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

"Onların arasında gürcü xalqının əsas azadlıqlarını məhdudlaşdırmaq üçün öz səlahiyyətlərindən sui-istifadə edən yüksək vəzifəli dövlət və bələdiyyə məmurları, korrupsiyaya bulaşmış biznesmenlər və parlament üzvləri var", - deyə açıqlamada bildirilir.

Dövlət Departamenti əlavə edib ki, Vaşinqton Tbilisinin antidemokratik hərəkətlərindən narahatdır və yeni məhdudlaşdırıcı tədbirləri nəzərdən keçirməyə davam edəcək.

Teqlər:

"AB\u015e G\u00fcrc\u00fcstanda 60-dan \u00e7ox \u015f\u0259xs\u0259 sanksiya t\u0259tbiq edib"

Əlaqəli Xəbərlər