Menyu

ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb

Əsəd Abbaslı
ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb

ABŞ-ın Gürcüstan Daxili İşlər Nazirliyinin nümayəndələrinə və digər şəxslərə qarşı tətbiq etdiyi sanksiyalar respublikada oktyabrın 26-da keçiriləcək parlament seçkilərinə müdaxilədir.

"Operativ Media" xəbər verir ki, bunu hakim Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyasının icraçı katibi Mamuka Mdinaradze mətbuat konfransında deyib.

“Bu bir tərəfdən polisə, digər tərəfdən quruma təhqir, üçüncü tərəfdən gürcü xalqının seçiminə və iradəsinə təsir etmək cəhdidir. Bu, Gürcüstan seçkilərinə müdaxilədir”, - deyə Mdinaradze bildirib.

Siyasətçinin sözlərinə görə, seçkilər yaxınlaşdıqca partiya ABŞ-dan daha sərt sanksiyalar və bəyanatlar gözləyir. Mdinaradzenin qeyd etdiyi kimi, xaricdən bu cür reaksiya gürcü müxalifəti üçün ancaq “həyat xətti” rolunu oynayır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər