http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Memar: “Təmirli mənzil alıb 40 min manat ziyana düşən insanlar var”

17 Aprel 2024 , 12:48
Memar: “Təmirli mənzil alıb 40 min manat ziyana düşən insanlar var”

"Təmiri mənzil alan vətəndaşlar arasında aldadılan xeyli insan var. Əgər vətəndaşa zərər dəyibsə, artıq burada məsələ 10 min manatdan çox olan zərərdən gedir. Az məbləğ olanda vətəndaşlar çox şikayət etmirlər, amma 10 000, 2 000, 30 000, hətta 40 000 manatlıq zərərlər də var”.

Bunu “Operativ Media”ya açıqlamasında tikinti məsələləri üzrə ekspert, memar Muxtar Ərturan deyib.

Ekspert bildirib ki, təmirli ev alarkən ilk növbədə elektrik, santexnik işinə fikir verilməlidir. Bəzi şirkətlər var ki, təmirli adı ilə satdıqları mənzili çox aşağı keyfiyyətdə işləyirlər:

"“İkinci növbədə, əgər evdə isti döşəmə sistemi çəkilibsə, kollektorlar, şit avtomat qutular yoxlanılmalıdır. Bununla bərabər rozetkaların hər biri açılmalıdır və onun içərisindən gələn naqillərinin N kəsiyi yoxlanılmalıdır. Yoxlama bura düşən gücə uyğun olub-olmaması bilinir. Avtomatik olaraq rozetkaların və açarların elektrik mənbələrinin avtomat qutuda bağlantıları nəzərdən keçirilməli və onlarda torpaqlanma olub-olmamağı dəqiqləşməlidir. Təmirli mənzil alınan evlərdə, xüsusi ilə də şirkətdən alınan mənzillərdə problemlər olur. Belə ki, şirkətdən alınan mənzillər keyfiyyətsiz təmir təqdim edirlər. Konveyer üsulu ilə  hazırlanmış, ucuz işçi qüvvəsi tam keyfiyyətli olmayan inşaat materiallarından istifadə olunduğu üçün bu məsələlərə fikir verilməlidir”.

Muxtar Ərturanın sözlərinə görə, əsas şikayətlər sanitar qovşaqlarında nəmişlikdən, rütubətdən, havasızlıqdan və vurulan malyar işinin alçı və astar üz qatlarının normal texnologiyaya uyğun vurulmamasındandır:

“Həmçinin, seramik vurularkən də onların alt yapısının, yəni sanitar qovşaqlarının izolyasiya məsələlərinə lazımi qaydada diqqət yetirilmədiyinə görə, ən çox problemlər buradan qaynaqlanır. Aldanmamaq üçün ilk növbədə mənzil alan şəxslər mütləq mütəxəssisə müraciət etməlidir. Mütəxəssis deyiləndə ayrı-ayrı mütəxəssislər də ola bilər və ya bir qrup mütəxəssis də ola bilər. Onlar ekspert formatında gəlib yoxlanış edə bilərlər. Bunların içərisində elektrik, santexnik mütləq qaydada olmalıdır. Bundan başqa da divarlarda rütubəti, su sızmanı yoxlayan qurğulardan istifadə olunmalıdır. Belə ki, yay aylarında mənzil alan şəxs heç bir zaman bilməz ki, qış aylarında başına nə oyun gələcək, çünki hələ sistem işə düşməyib. Amma evdə yaşadıqca isti-soyuq sistemi, yəni mexanika sistemi qış aylarında bütün problemləri ortaya çıxarır. Su sızmaları, yetərincə isitmə məsələləri, elektrik ya da gərginliyin artması-azalması məsələləri ortaya çıxır. Odur ki, müqavilə bağlayanda təhvil-təslim aktı müqavilədən 6 ay sonra bağlanmalıdır”.

 Bəs vətəndaşlar onlara dəyən ziyanı geri ala bilərmi?

“Vətəndaşlar onlara dəymiş ziyanı ala bilirlərmi, bu məhkəmə mövzusudur. Mülki qaydada öz həllini tapır, amma çox uzun aylardan sonra, yəni 7,8,9 ay, hətta 2-3 il gedən proseslər var. Lakin bunlar çox nadir hallarda müsbət nəticə verir. Artıq insanlar bezib deyə məhkəməyə də getmirlər, prosesin gedişatı bunu göstərir. Nəticə etibarilə 2 ildən, 1 ildən sonra, məhkəmə prosesi qurtarır və ekspertiza təyin olunur. Keyfiyyətsiz mənzil qaytarılması, insanların 2-3 il o rütubətin, nəmişliyin içində yaşaması sübut olunur. Növbəti məsələ isə artıq bronxial xəstəliklərin yaranması məsələsidir ki, bu başqa bir prizmaya keçir. Ümumiyyətlə, mütəxəssis kimi tövsiyə edirəm ki, təmirli mənzil almamağa çalışmaq lazımdır”, - deyə Muxtar Ərturan qeyd edib.

OXŞAR XƏBƏRLƏR
Göyçay sakini qətlə yetirilib, oğlu saxlanılıb

Göyçay sakini qətlə yetirilib, oğlu saxlanılıb

Sabah iki rayonun bəzi ərazilərində qaz kəsiləcək

Sabah iki rayonun bəzi ərazilərində qaz kəsiləcək

Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb

Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb

XƏBƏR LENTİ
  • 10:41

    Nərimanovda mağazadan 700 manatlıq ət oğurlanıb
  • 10:36

    Bloomberg: ABŞ Rusiyadan zənginləşdirilmiş uranın idxalını qadağan etməyi düşünür
  • 10:35

    Prezident Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edib
    Prezident Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edib
  • 10:31

    Moldova Xarici İşlər Nazirliyinin rəhbəri Böyük Britaniyaya səfərə gedib
  • 10:28

    Əfqanıstanda silahlı şəxslər məsciddə insanlara atəş açıb
  • 10:25

    Cəlal Hüseynov oynadı, "Arda" heç-heçə etdi
  • 10:20

    Qazlı suların faydaları və zərərləri: onları hər gün içmək olarmı?
  • 10:17

    Qırğızıstan Milli Bankı uçot dərəcəsini 11 faizə endirib
Menyu