Menyu

Əfqanıstanda silahlı şəxslər məsciddə insanlara atəş açıb

Nərmin Qocamanlı
Əfqanıstanda silahlı şəxslər məsciddə insanlara atəş açıb

Aprelin 29-da Əfqanıstanın Herat əyalətində naməlum silahlı şəxslər məsciddə dindarlara hücum ediblər.

"Operativ Media" xəbər verir ki, bu barədə "Hasht-e Subh Daily" məlumat yayıb.

Bildirilib ki, hadisə Güzrə rayonunda yerləşən “Şəhrək Məhəmmədi” məscidində baş verib. Silahlı şəxslər Kalaşnikov avtomatı ilə insanları güllələyiblər. Hadisə nəticəsində dördü kişi, biri qadın və biri uşaq olmaqla altı nəfər ölüb. Məlumatı “Taliban”ın Daxili İşlər Nazirliyinin rəsmisi təsdiqləyib . Ölənlər arasında “İmam Zaman” kimi tanınan məscidin imamı Şeyx Cavedin də olduğu bildirilir.

Silahlı şəxslər hadisə yerindən qaçıblar. Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər