http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Vətəndaşlar şikayətçidir: "İnternetin qiyməti artıb, amma sürəti yox" - RƏSMİ CAVAB

05 Sentyabr 2024 , 11:40
Vətəndaşlar şikayətçidir: "İnternetin qiyməti artıb, amma sürəti yox" - RƏSMİ CAVAB

Avqustun 15-dən başlayaraq internetin qiyməti və sürəti artıb. Qiymət artımını hər kəs hiss etsə də, sürət artımını müşahidə edən yoxdur.

Bu barədə "Operativ Media"nın sosial şəbəkələrdə keçirdiyi sorğuda məlum olub. Sorğuda toplam 2000 nəfərdən çox şəxs iştirak edib. Onların 90 faizdən çoxu internetin sürətinin artmadığını bildirir.

Məsələ ilə bağlı “Operativ Media” “Aztelekom”a sorğu ünvanlayıb.

“Aztelekom” bildirib ki, internet xidmətinin təminatı istiqamətində tərəfimizdən hazırda kütləvi nasazlıq müşahidə olunmur: 

"İnternet xidmətinin təminatı istiqamətində tərəfimizdən hazırda kütləvi nasazlıq müşahidə olunmur. Fərdi ev təsərrüfatlarında texniki nasazlığın baş verməsi mümkündür. Belə hallarda abunəçilərin müraciəti əsasında internet xidmətində yaranan texniki nasazlıqlar nəzarətə götürülərək aradan qaldırılır".

Qurum internet sürətinin zəifliyinin əsasən 3 səbəbdən qaynaqlandığını bildirib:

"İnternetin sürətinin zəifliyi ilə bağlı müraciətlərin qeydiyyatı zamanı problemlərin əsas 3 səbəbdən qaynaqlandığı müşahidə olunur. Həmin səbəblər aşağıdakılardır:

Cihazların uyğunluğu. İnternet sürətinin 100 Mbit/s olması üçün abunəçinin istifadə etdiyi cihazlar (kompüter, notbuk, telefon və s.) bu sürəti dəstəkləməlidir. Əgər cihazın şəbəkə adapteri və ya Ethernet portu 100 Mbit/s və ya daha yüksək sürəti dəstəkləmirsə, real sürətin aşağı olması müşahidə olunur.

Modem və marşrutlaşdırıcının konfiqurasiyası. Modem və ya marşrutlaşdırıcının konfiqurasiyası düzgün aparılmadıqda internet sürəti məhdudlaşa bilər. Məsələn, modem köhnə versiyadadırsa və ya düzgün konfiqurasiya olunmayıbsa, yüksək sürətləri təmin edə bilməz. Həmçinin Wi-Fi marşrutlaşdırıcılarının bəzi parametrləri (kanal seçimi, bant genişliyi) düzgün qurulmadıqda Wi-Fi üzərindən internet sürətinin əhəmiyyətli dərəcədə azalması müşahidə olunur.

Dalğaların konfiqurasiya olunmaması. Wi-Fi dalğalarının yayılması ətraf mühitdən və istifadə olunan dalğa bantlarından asılıdır. Məsələn, 2.4 GHz bantı daha geniş əhatə dairəsini təmin etsə də, daha aşağı sürətlər təqdim edir və müdaxilələrə daha həssasdır. 5 GHz bantı isə daha yüksək sürətlər təmin etsə də, əhatə dairəsi məhduddur. Əgər bu dalğalar düzgün konfiqurasiya olunmayıbsa, internet sürəti azalacaq.

Yarana biləcək hər hansı texniki nasazlıqlarla qarşılaşdıqları halda “Aztelekom” abunəçilərindən “170”, “Baktelecom” abunəçilərindən isə “155” Çağrı Mərkəzinə müraciət etmələri xahiş olunur".

İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov “Operativ Media”ya bildirib ki, provayder əgər 100 Mbit/s əsasən məbləği tələb edirsə, həmin sürəti də vətəndaşa verməlidir:

“Hər bir Azərbaycan vətəndaşı provayderdən xidmətə qoşulanda müqavilə imzalanır. Müqavilədə paketin adı, sürəti və qiyməti yazılır. Hazırda internetin sürəti 100 Mbit/s olmuşdur. Hazırda heç bir yerdə bu sürət 40 Mbit/s -dən aşağı olmamalıdır. Çünki əvvəl 40 Mbit/s istifadə edirdik. İndi isə vətəndaşa təklif olunan minimal paket 100 Mbit/s sürətdir. Bu sürəti vermək internet provayder öhdəliyidir. Hazırda 100 Mbit/s -ə qədər sürət deyilir amma bunun aşağı həddi də olmalıdır. O həddən aşağı olmayaraq internet verilməlidir.

Provayder əgər 100 Mbit/s əsasən məbləği tələb edirsə, həmin sürəti də vətəndaşa verməlidir. Əgər paketdə göstərilən sürət vətəndaşa verilmirsə, bu qanun pozuntusudur. Bu zaman istehlakçının hüquqları pozulur. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, istehlakçının hüququ pozulduqda müəyyən aidiyyəti dövlət qurumlarına müraciət etməlidir".

Direktor bildirib ki, vətəndaş şikayətini https://icta.az/ saytından elektron qaydada edə bilər:

“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəznində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi fəaliyyət göstərir. https://icta.az/ saytında elektron xidmətlər bölməsi mövcuddur. Orada elektron şikayət bölməsinə daxil olaraq, vətəndaş şikayətini bildirə bilər. Agentlik mütləq olaraq hər bir şikayətə cavab verir. Ən azından vətəndaş bunu etməlidir. Əgər internet provayder həmin məbləği vətəndaşdan tələb edirsə, məbləğə uyğun olaraq öhdəliyinə götürdüyü sürəti verməlidir. Əgər vermirsə, bu zaman qanunvericiliyi pozur”.

Qeyd edək ki, avqustun 15-dən başlayaraq Azərbaycanda genişzolaqlı internet tarifləri üzrə sürət və ödəniş məbləğinə dəyişiklik edilib. Tariflər üzrə təqdim olunan sürətlər 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artırılıb. Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayır və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endirilib. Abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif edilir.

Gülcahan Məmmədova

OXŞAR XƏBƏRLƏR
Şuşa şəhər 1 nömrəli məktəbin direktoru: "Bu günü bizə yaşadanların ruhu qarşısında baş əyirik"

Şuşa şəhər 1 nömrəli məktəbin direktoru: "Bu günü bizə yaşadanların ruhu qarşısında baş əyirik"

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Cəlilabadda vətəndaşları qəbul edəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Cəlilabadda vətəndaşları qəbul edəcək

Sabah dağlıq ərazilərə qar yağacaq

Sabah dağlıq ərazilərə qar yağacaq

XƏBƏR LENTİ
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
  • 20:21

    ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib
  • 19:59

    Rumıniyada 5,2 bal gücündə zəlzələ olub
  • 19:39

    Trampa ikinci sui-qəsd cəhdində şübhəli bilinən şəxs ittiham edilib
Menyu