Trampa ikinci sui-qəsd cəhdində şübhəli bilinən şəxs ittiham edilib
Əsəd Abbaslı
ABŞ məhkəməsi ABŞ prezidentliyinə namizəd Donald Trampın həyatına ikinci cəhddə şübhəli bilinən Rayan Uesli Rotu ittiham edib.
"Operativ Media" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Onun sözlərinə görə, şübhəli şəxs odlu silahla bağlı iki maddə ilə ittiham olunub.
Eyni zamanda telekanal həbs məsələsi ilə bağlı dinləmənin sentyabrın 23-nə təyin edildiyini bildirir.
Sentyabrın 15-də ABŞ Federal Təhqiqatlar Bürosu Trampın qaldığı Florida ştatının Palm-Biç şəhərindəki “Trump International Golf Club”da baş verən atışma ilə bağlı araşdırma elan edib.
Palm-Biç qraflığının şerifi Rik Bredşou bildirib ki, təcavüzkarın gizlənməyə çalışdığı qolf klubunun yaxınlığındakı kolluqlarda teleskopik nişangahı olan AK-47 avtomatı, keramika lövhələri olan iki kürək çantası və aksiyon kamerası aşkar edilib.
Şübhəli 58 yaşlı Rayan Uesli Root saxlanılıb.
Teqlər:
"Trampa ikinci sui-q\u0259sd c\u0259hdind\u0259 \u015f\u00fcbh\u0259li bilin\u0259n \u015f\u0259xs ittiham edilib"