http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

İlham Əliyev Türkiyənin sənaye və texnologiya nazirini qəbul edib

04 Aprel 2023 , 15:55
İlham Əliyev Türkiyənin sənaye və texnologiya nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Türkiyə Respublikasının sənaye və texnologiya naziri Mustafa Varankı qəbul edib.

"Operativ Media" xəbər verir ki, Türkiyənin ilk yerli elektromobili “Togg”un istehsalı ilə bağlı təbriklərini çatdıran dövlət başçısı onun Bakıya gətirilməsindən məmnunluğunu bildirib, bununla bağlı Türkiyə dövlətinin başçısına minnətdarlığını ifadə edib.

Azərbaycan Prezidenti bu tipli avtomobilin ikincisinin ölkəmizdə olmasını dostluq və qardaşlıq münasibətlərimizin təzahürü kimi dəyərləndirib.

Dünən Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarla görüşünü xatırladan Prezident İlham Əliyev qardaş ölkədə son illərdə həm müdafiə sənayesi, həm də mülki sənaye sahələrində yüksək texnoloji məhsulların istehsal olunduğunu deyib, bunun Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə xalqının zəkası, istedadı və əməyi nəticəsində ərsəyə gəldiyini vurğulayıb və “Togg”un istehsalına başlanılmasını da bu baxımdan yaxşı nümunə olduğunu bildirib.

Dövlət başçısı əldə olunan bütün bu uğurlar münasibətilə Türkiyə Prezidentinə, dost və qardaş Türkiyə xalqına təbriklərini çatdırıb.

Mustafa Varank “Togg”un ikinci avtomobilinin Azərbaycanda olmasından Türkiyə Prezidenti və xalqının qürur hiss keçirdiyini bildirib.

Söhbət zamanı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən sənaye və texnologiya sahələrində inkişafından məmnunluq ifadə olunub, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
İcbari tibbi sığorta nədir və necə hesablanır ?

İcbari tibbi sığorta nədir və necə hesablanır ?

İlham Əliyev: Azərbaycan iqlim dəyişmələri ilə bağlı çağırışların öhdəsindən gəlmək üçün cəsarətli addımlar atır

İlham Əliyev: Azərbaycan iqlim dəyişmələri ilə bağlı çağırışların öhdəsindən gəlmək üçün cəsarətli addımlar atır

Səhiyyə Nazirliyi: Mövsümi qrip və digər kəskin respirator infeksiyalara yoluxma hallarında artımlar müşahidə edilir

Səhiyyə Nazirliyi: Mövsümi qrip və digər kəskin respirator infeksiyalara yoluxma hallarında artımlar müşahidə edilir

XƏBƏR LENTİ
  • 13:05

    İtaliyada Trans-Regional Dəniz Gücü Simpoziumu keçirilib
  • 12:57

    Nazir müavini: Azərbaycanın 98%-i fiber optik internetlə təmin edilib
  • 12:43

    Sabah yağış yağacaq, şimşək çaxacaq
  • 12:35

    AYNA: Bakıda 1 məntəqədə ödənişli parklanma sistemi tətbiq edilib
  • 12:23

    Azərbaycan sərhədlərini pozan altı əcnəbi saxlanılıb
  • 12:11

    Beş ailə üzvünü qətlə yetirən Əhməd Əhmədov cəzadan azad edilib, ona məcburi müalicə tətbiq ediləcək
    Beş ailə üzvünü qətlə yetirən Əhməd Əhmədov cəzadan azad edilib, ona məcburi müalicə tətbiq ediləcək
  • 12:08

    AZAL Naxçıvan reyslərində onlayn qeydiyyat xidmətini təqdim edir
  • 11:56

    Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 106 min şəxsə aylıq sosial ödəniş təyin olunub
Menyu