http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Rusiya yaratdığını özü dağıdacaq? - ANALİZ

04 Oktyabr 2023 , 14:53
Rusiya yaratdığını özü dağıdacaq? - ANALİZ

Rusiya ilə Ermənistan arasındakı gərginliyin əsası İkinci Qarabağ müharibəsinin başlanılması tarixidir. Nəinki ermənilər, hətta Azərbaycanda da elə düşünənlər var idi ki, Rusiya Ermənistan tərəfdən döyüşəcək. Bu düşüncədə olmağın əsasları da var. Birinci Qarabağ müharibəsi bunun sübutudur.

Ermənistan ictimayəti Rusiyaya qarşı çıxmağa başladı, Rusiya niyə susur, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) köməyə çağırıldı, cavab mənfi oldu, ermənilər bundan sonra ruslara qarşı daha da aqressivləşməyə başladılar. Rusiyanı xəyanətdə, satqınçılıqda ittiham etdilər. Bu azmış kimi Rusiyanın 102-ci bazası qarşısında aksiya keçirməyə başladılar. Ermənilər bir qədər Rusiya sülhməramlıları Qarabağa yerləşdiriləndə rahatlamağa başladılar, ancaq bu da çox çəkmədi.

Rusiya yaratdığının şıltaqlıqlarına tarix böyu dözüb və günahlarını bağışlayıb. Ancaq Rusiya anladı ki, artıq Ermənistanın etdikləri şıltaqlıq yox, xəyanətdir.

Ermənistan Qərblə əməkdaşlıq edir, hətta silahları belə Rusiyadan yox, digər ölkələrdən almağa başlayır. Rusiya tərəfi bir neçə dəfə rəsmi şəxslərin və media vasitəsiylə Ermənistana xəbərdarlıq etdi. Ancaq Ermənistan nəinki geri addım atdı, əksinə KTMT-dəki nümayəndəsini geri çağırdı. Ardınca Roma statutuna qəbul edəcəyini bəyan etdi. Son olaraq isə Ermənistan parlementi Roma Statutunu ratifikasiya etdi. Bu artıq bardağı daşıran son damla oldu.

Ermənistanın baş naziri Nikol Paşinyan özü də bilir ki, təhlükəli oyun oynayır. Ona görə də, Ermənistan dövlətçiliyinin təhlükəsizliyi barədə açıqlamlar verirdi. Rusiyada hətta Duma sədri səviyyəsində Ermənistanın varlığı sual altındadır kimi bəyanatlar olmuşdu.

Ermənistan KTMT-dən çıxacağını bəyan etdi, bundan əlavə Gömrük və Avroasiya İttifaqından çıxmaq üçün ərizə göndərdiyi barədə informasiyalar yayılıb. Yəni, Ermənistan Rusiyaya bağlı heç bir qurumda olmaq istəmədiyini açıq nümayiş etdirir. ABŞ ilə hərbi təlimlər isə nəinki Rusiyanın, İranın belə qəzəbinə səbəb olub. Erməni politoloq Hrant Mikayelyan hərbi təlimlər zamanı belə bir informasiya yazmışdı: "ABŞ-dən olan kontingentin bir hissəsi İranla sərhəddəki Meqridə dislokasiya olmuşdu, onlar gecə saatlarında İran sərhədinə yaxın fəaliyyət göstərirdi". Daha sonra o yazdığını sildi. Hrant Mikayelyan özü də yazısında qeyd etmişdi ki, Ermənistan İran kimi müttəfəqi də itirəcək. Yəni, Ermənistan təkcə Rusiyaya yox, İrana da xəyanət içərisindədir.

Son zamanlar "xəyanəti bağışlamır" ifadəsini Putinin adı ilə bağlayırlar. Ancaq heç bir dövlət xəyanəti bağışlamır.

Ermənistan Rusiyanın qırmızı xəttini bir neçə dəfə tapdalayıb. Erməni tərəfi düşünür ki, ABŞ və Qərbdən nümayəndələr ərazisində olduğu müddətdə Rusiya hərbi müdaxilə edə bilməz. Məntiqlə düşünəndə əslində Rusiyanın hərbi müdaxiləsi gözlənilən deyil. Ancaq Rusiya məntiqlə çözüləcək ölkələrdən deyil. Misal üçün BMT baş katibi Ukraynada olanda görüş keçirdiyi şəhəri və həmin binanın yaxınlığına raket zərbəsi endirmişdi. Dolayısı ilə Rusiyanın Ermənistanla bağlı planını təxmin etmək mümkün deyil. Rusiya yaxın günlərdə Ermənistandakı hərbi bazasında hərbi təlimlərə start verəcək. Hesab edirəm ki, bu ilk xəbərdarlıq olacaq. Bu həm də psixoloji təsir vasitəsi kimi də şərh edilə bilər. Bundan sonra isə siyasi hakimiyyəti sivil yolla dəyişməyə cəhdlərin olma ehtimalı yüksəkdir. Əgər xəbərdarlıq və cəhdlər effektiv olmasa, hərbi müdaxilə mümkün variantdır. Ukraynanı bağışlamayıb, Avropanın sayca ikinci ən böyük ordusunu gözünün önünə alıb savaş açan, sanksiyalara məruz qalacağını bilə-bilə buna gedən Rusiya Ermənistan kimi kiçik dövlətə qarşı niyə bu addımı atmasın?!

Cənubi Qafqaz qaynar bölgə olma "statusunu" qorumaqdadır.

Səxavət Məmməd

OXŞAR XƏBƏRLƏR
Muxtar Babayev ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri ilə görüşüb

Muxtar Babayev ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri ilə görüşüb

Sahibə Qafarova Tacikistana səfərə gedib

Sahibə Qafarova Tacikistana səfərə gedib

Dövlət Statistika Komitəsinin sədri İslam Əməkdaşlıq Təşkilatının rəsmisi ilə görüşüb

Dövlət Statistika Komitəsinin sədri İslam Əməkdaşlıq Təşkilatının rəsmisi ilə görüşüb

XƏBƏR LENTİ
  • 18:06

    Qazprom və Macarıstan arasında qaz tədarükünün artırılması imkanları ilə bağlı memorandum imzalanıb
  • 17:59

    Zelenski Makronla görüşüb
  • 17:53

    Muxtar Babayev ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri ilə görüşüb
  • 17:45

    BƏƏ ilə COP29 çərçivəsində tərəfdaşlıq barədə müzakirələr aparılıb
  • 17:42

    Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib
  • 17:29

    Məhkəmə valyuta tənzimi qaydalarını pozan şirkətlə bağlı qərarı açıqlayıb
  • 17:25

    Oktyabrın 13-dən Laçın şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək
    Oktyabrın 13-dən Laçın şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək
  • 17:20

    Gənclər və idman naziri Dünya Etnoidman Konfederasiyasının baş katibini qəbul edib
Menyu