http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Aİ ölkələri Qranada sammitində miqrasiya böhranı ilə bağlı razılığa gələ bilməyib

06 Oktyabr 2023 , 21:03
Aİ ölkələri Qranada sammitində miqrasiya böhranı ilə bağlı razılığa gələ bilməyib

Avropa İttifaqının (Aİ) Qranadada keçirilən qeyri-rəsmi sammitində birliyin dövlət və hökumət başçıları miqrasiya böhranının həlli ilə bağlı razılığa gələ bilməyiblər, nəticədə bu məsələ görüşün yekununda qəbul edilmiş bəyannamədən çıxarılıb. 

"Operativ Media" xəbər verir ki, bunun müqabilində Avropa Şurasının rəhbəri Şarl Mişel miqrasiya ilə bağlı ayrıca kiçik bəyanat dərc edib.

"Miqrasiya cavab tələb edən çağırışdır. Qanunsuz miqrasiya ilə dərhal və qəti şəkildə mübarizə aparılmalıdır. Biz qaçaqmalçıların Aİ-yə kimin daxil olacağına qərar vermələrinə imkan verməyəcəyik. Bütün qərarlarımızı effektiv və səmərəli şəkildə həyata keçirməyə davam edəcəyik", - bəyanatda deyilir.

Mişel əlavə edib: "Aİ miqrasiyanın əsas səbəblərini, qanuni miqrasiya imkanlarını, miqrantların daha yaxşı müdafiəsini, gücləndirilmiş xarici fəaliyyəti, mənşə və tranzit ölkələri ilə qarşılıqlı faydalı inteqrasiya olunmuş tərəfdaşlığı birləşdirən kompleks yanaşmanı həyata keçirəcək. Aİ-nin xarici sərhədləri, mütəşəkkil cinayətkarlıqla, insan alveri və qaçaqmalçılıqla qəti şəkildə mübarizə, miqrasiyadan hibrid təhlükə kimi istifadə, beynəlxalq hüquqa, Aİ prinsiplərinə və dəyərlərinə uyğun gəlirlərin və daxili aspektlərin gücləndirilməsi və əsas hüquqların qorunması kimi dəyərlərə sadiqdir". 

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen qeyri-rəsmi sammitdən sonra keçirilən mətbuat konfransında bildirib ki, 2022-ci ildə Aİ-yə 3,7 milyon qanuni, 330 min qeyri-leqal miqrant gəlib.
 

OXŞAR XƏBƏRLƏR
Türkiyədə sərnişin avtobusu aşıb, 21 nəfər yaralanıb

Türkiyədə sərnişin avtobusu aşıb, 21 nəfər yaralanıb

Xorvatiyada COP29-la bağlı tədbir keçirilib

Xorvatiyada COP29-la bağlı tədbir keçirilib

Malidə daşqınlar nəticəsində 77 nəfər ölüb

Malidə daşqınlar nəticəsində 77 nəfər ölüb

XƏBƏR LENTİ
  • 12:08

    İqtisadi Şuranın növbəti iclası keçirilib
  • 12:00

    Azərbaycanda bələdiyyələrin sayı yarıya qədər azaldılır
    Azərbaycanda bələdiyyələrin sayı yarıya qədər azaldılır
  • 11:55

    Almaniya millisinin sabiq üzvü karyerasını bitirdi
  • 11:50

    Bakıda bir neçə əsas yolda təmir səbəbindən hərəkət məhdudlaşdırılıb
  • 11:48

    Muxtar Babayev: Mitiqasiya və uyğunlaşma maliyyəsinin əlçatanlığını əhəmiyyətli dərəcədə artırmalıyıq
  • 11:37

    Sabiq nazirə məxsus şirkət cərimələnib
  • 11:32

    "SİMA İmza" nədir ve necə qeydiyyatdan keçmək lazımdır?
  • 11:18

    Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Menyu