http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Peru mətbuatı: “Nəhayət ki, Qarabağa sülh gəldi”

07 Oktyabr 2023 , 09:30
Peru mətbuatı: “Nəhayət ki, Qarabağa sülh gəldi”

Peru jurnalistlər Federasiyasının rəsmi portalında “Nəhayət ki, Qarabağa sülh gəldi” sərlövhəli məqalə dərc olunub.

"Operativ Media" xəbər verir ki, məqalədə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən uzun illər qanunsuz işğalı, etnik təmizləmələrin aparılması, nəticədə bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi xatırladılır.

Qeyd edilir ki, 2020-ci ildə Ermənistanın yeni təxribatlarına cavab olaraq başlayan Vətən müharibəsi nəticəsində erməni silahlı qüvvələri tam məğlubiyyətə uğradılıb.

Daha sonra məqalədə müəllif digər Latın Amerikası jurnalistləri ilə birlikdə Azərbaycanın işğaldan azad edilmiş torpaqlarına səfəri haqqında təəssüratlarını, bu zaman onların şahidi olduqları erməni vəhşiliklərinin izlərindən, şəhər və kəndlərin, mədəni və tarixi irs abidələrinin, qəbiristanlıqların dağıdılması və talan olunmasından, dini məbədlərin təhqir edilməsindən, ekosid və hər yerin minalanmasından dəhşətə gəldiklərini bildirir. Müəllif vurğulayır ki, ermənilər bu cür vandal hərəkətləri ilə bu torpaqlarda Azərbaycan haqqında istənilən yaddaşı silməyə çalışıblar.

Məqalədə Azərbaycanın qələbəsindən sonra yaranmış yeni reallıqlardan, azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa işlərinin həyata keçirilməsi və doğma torpaqlarından qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışının təmin edilməsi üçün görülən tədbirlərdən bəhs edilir.

Qeyd olunur ki, sentyabrın 19-da lokal antiterror tədbirlərinin keçirilməsi, torpaqlarımızda qanunsuz yerləşdirilən Ermənistan silahlı qüvvələrinin qalıqlarının sarsıdıcı məğlubiyyətə uğradılması və Qarabağda qondarma cinayətkar rejimin özünü buraxması nəticəsində Azərbaycan bütün ərazisi üzərində suverenliyinin tam bərpa edilməsinə nail olub.

Məqalədə ölkəmizin rəhbərliyinin Qarabağda yaşayan və ölkə sərhədini tərk edən erməni əsilli əhalinin çoxmillətli Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesinə çağırışı da qeyd olunur.

Vurğulanır ki, Azərbaycan regionda dayanıqlı sülhün, təhlükəsizliyin, sabitliyin və rifahın təşəkkül tapması üçün zəruri olan bütün addımları atır.

Sonda müəllif Ermənistanı Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyə və sülh müqaviləsinin imzalanmasına maneə törətməməyə çağırır.

OXŞAR XƏBƏRLƏR
Türkiyədə sərnişin avtobusu aşıb, 21 nəfər yaralanıb

Türkiyədə sərnişin avtobusu aşıb, 21 nəfər yaralanıb

Xorvatiyada COP29-la bağlı tədbir keçirilib

Xorvatiyada COP29-la bağlı tədbir keçirilib

Malidə daşqınlar nəticəsində 77 nəfər ölüb

Malidə daşqınlar nəticəsində 77 nəfər ölüb

XƏBƏR LENTİ
  • 12:08

    İqtisadi Şuranın növbəti iclası keçirilib
  • 12:00

    Azərbaycanda bələdiyyələrin sayı yarıya qədər azaldılır
    Azərbaycanda bələdiyyələrin sayı yarıya qədər azaldılır
  • 11:55

    Almaniya millisinin sabiq üzvü karyerasını bitirdi
  • 11:50

    Bakıda bir neçə əsas yolda təmir səbəbindən hərəkət məhdudlaşdırılıb
  • 11:48

    Muxtar Babayev: Mitiqasiya və uyğunlaşma maliyyəsinin əlçatanlığını əhəmiyyətli dərəcədə artırmalıyıq
  • 11:37

    Sabiq nazirə məxsus şirkət cərimələnib
  • 11:32

    "SİMA İmza" nədir ve necə qeydiyyatdan keçmək lazımdır?
  • 11:18

    Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Menyu