Özəl klinikalarda "check-up" qiymətləri - SİYAHI

Nərmin Qocamanlı
Özəl klinikalarda "check-up" qiymətləri - SİYAHI

Sağlamlığın qorunması və xəstəliklərin erkən aşkarlanmasına yönələn "check-up" müayinələri son illərdə əhali arasında daha da populyarlaşıb. Müxtəlif yaş qruplarına və risk faktorlarına uyğun şəkildə təqdim olunan bu paketlər, erkən diaqnoz və profilaktik tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.

Lakin klinikalar arasında qiymət fərqləri, xidmət keyfiyyəti və daxil olan analizlərin müxtəlifliyi bəzən insanların seçim prosesini çətinləşdirir. 

Operativ Media bir neçə özək klinikada "check-up" müayinə qiymətlərini araşdırıb.

Referans Klinikası

Referans Klinikasında ümumi check-up paketlərinin laborator minimum qiyməti 40 AZN-dən başlayır, maksimum isə 370 AZN-ə qədər yüksəlir. Qiymətlər daxil olan analizlərin sayına, əhatə etdiyi orqan sistemlərinə və həkim müayinələrinin olub-olmamasına görə dəyişir.

Poliklinik "check-up" paketlərinin qiyməti 153 AZN-dən başlayır və 465 AZN-ə qədər yüksəlir.

 “Sağlam Ailə” Klinikası

“Sağlam Ailə” klinikasında ümumi check-up paketlərinin qiyməti 65 AZN-dən başlayır və təqdim olunan xidmətlərin genişliyinə əsasən 1499 AZN-ə qədər artır. 

Mediland Hospital

Mediland Hospitalda check-up paketlərinin qiyməti 33 AZN-dən başlayır və 118 AZN-ə qədər dəyişir. 

Modern Hospital

Modern Hospitalda "check-up" paketlərinin qiyməti 85 AZN-dən başlayır, xidmətlərin həcmi və istiqamətindən asılı olaraq 940 AZN-ə qədər yüksəlir. Klinikada VİP və standart "check-up" proqramları, həmçinin 40 yaşdan yuxarı xanımlar və kişilər üçün xüsusi paketlər, dietoloji, pediatrik, uroloji, endokrinoloji, hepatoloji, kardioloji və nevroloji müayinələr təqdim olunur.

Baku Medical Plaza

Baku Medical Plaza-nın mərkəz filialında ümumi "check-up" paketlərinin qiyməti 450 AZN-dən başlayır və xidmətlərin əhatə dairəsinə uyğun olaraq 1200 AZN-ə qədər dəyişir.

Medera Hospital

Medera Hospitalda ümumi "check-up" qiymətləri 140 AZN-dən başlayır və aparılan müayinələrin növünə əsasən fərqlənir.

Ege Hospital

Ege Hospitalda "check-up" xidmətlərinin qiyməti 120 AZN-dən başlayır və ən geniş paket üçün 396 AZN-ə qədər yüksəlir.

Qiymət fərqləri əsasən analizlərin sayı, müayinələrin dərinliyi və əlavə həkim konsultasiyalarının daxil edilib-edilməməsi ilə bağlıdır.

Qeyd edək ki, standart "check-up" paketlərinə əsasən aşağıdakı müayinələr daxil olur:

  • Ümumi qan və sidik analizləri

  • Qan şəkəri, xolesterin, qaraciyər və böyrək göstəriciləri

  • EKQ (ürək müayinəsi)

  • Fluorografiya və ya ağciyər rentgeni

  • Qarın və qalxanabənzər vəzinin USM-i

  • Terapevtin baxışı

  • Cinsə görə: qadınlarda ginekoloq, kişilərdə uroloq müayinəsi

 

Şəfa Hüseynli

Digər xəbərlər