Tərtərdə külli miqdarda narkotik vasitə aşkarlanıb
Operativ Media
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Səid İsmayılov saxlanılıb.
Operativ Media xəbər verir ki, ondan 2 kiloqram marixuana və 1 kiloqram 175 qram həşiş aşkarlanıb. Saxlanılan şəxs ifadəsində İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri Tərtər rayonunda satışını təşkil etmək məqsədi ilə əldə etdiyini bildirib.
Faktla baǧlı cinayət işi başlanılıb, S.İsmayılov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.