Menyu

Azərbaycanın yelkən komandası Türkiyə reqatasında 5 idmançı ilə təmsil olunacaq

Operativ Media
Azərbaycanın yelkən komandası Türkiyə reqatasında 5 idmançı ilə təmsil olunacaq

Azərbaycanın yelkən komandası iyunun 4-dən 6-dək Türkiyənin Urla şəhərində "Pro Sailing Optimist Cup" beynəlxalq reqatasında mübarizə aparacaqlar.

Bu barədə Operativ Media-ya Azərbaycan Su İdman Növləri Federasiyasından məlumat verilib.

Komanda yarışda 5 idmançı ilə təmsil olunacaq.

Furkan Mustafayev, Kamal Bəşirli, Səma Mansurzadə, Amira Bayramova və Kamilla Həsənova reqatada mükafatçılar sırasında yer almağa çalışacaqlar.

Komandanın rəhbəri Burcu Alqon Corciani, məşqçisi isə Panaqiotis Papadakisdir.

Qeyd edək ki, yelkənçilər mayın 30-dan etibarən Urla şəhərində yarışa hazırlıq məqsədi ilə təlim-məşq toplanışına başlayacaq.

Fotogalereya

Əlaqəli Xəbərlər