Menyu

"Barselona" "Arsenal"ın hücumçusunu transfer edib

Operativ Media
"Barselona" "Arsenal"ın hücumçusunu transfer edib

İngiltərənin “Arsenal” klubunun braziliyalı futbolçu Qabriel Jezus karyerasını İspaniya La Liqasında davam etdirəcək.

Operativ Media  tanınmış insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, 29 yaşlı hücumçu “Barselona”ya keçir. Kataloniya təmsilçisi təcrübəli forvardın transferi üçün London klubuna ümumilikdə 14 milyon avro təzminat ödəyəcək. Bundan başqa, “topçular” Jezusun gələcəkdə başqa kluba mümkün satışından 20 faiz pay alacaq.

Futbolçu tibbi müayinədən keçmək üçün bu gün Barselonaya yollanacaq. Onunla 2+1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Qabriel Jezus ötən mövsüm “Arsenal”ın heyətində 27 oyun keçirib, 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər