Menyu

“Sirius” tarixində ilk dəfə İsveç çempionu olub

Operativ Media
“Sirius” tarixində ilk dəfə İsveç çempionu olub
1 dəq oxu

İsveçin “Sirius” klubu ölkə çempionatının sonuncu – 30-cu turunda “Göteborq”u 1:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə çempion tituluna yiyələnib.

Operativ Media xəbər verir ki, Uppsala təmsilçisi mövsümü 64 xalla başa vurub.

Son tur öncəsi “Sirius” və “Hammarbü” komandalarının hər birinin 61 xalı olub. Lakin top fərqinə görə paytaxt klubu turnir cədvəlinə başçılıq edib. Həlledici turda “Hammarbü”nün “Vesteros”a 0:1 hesabı ilə uduzması “Sirius”un çempionluğunu rəsmiləşdirib. Rəqib mövsümü 61 xalla ikinci pillədə tamamlayıb.

Qeyd edək ki, mövsümün gedişində “Sirius” ən yaxın izləyicilərini 14 xal qabaqlasa da, çempionatın ikinci yarısında üstünlüyünü itirərək liderliyi “Hammarbü”yə verib.

1907-ci ildə yaradılan klub 2013-cü ildə İsveçin üçüncü divizionunda çıxış edib. 2016-cı ildə ikinci divizionun qalibi olan komanda 42 illik fasilədən sonra ölkənin yüksək liqasına qayıdıb.

“Sirius”un bu mövsümədək İsveç çempionatında ən yaxşı nəticəsi yeddinci yer olub.

Əlaqəli Xəbərlər