Menyu

10 Azərbaycan vətəndaşı HTP çərçivəsində Latviyada təhsil alacaq

Operativ Media
10 Azərbaycan vətəndaşı HTP çərçivəsində Latviyada təhsil alacaq

Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlıq çərçivəsində 2026-2027-ci tədris ili üzrə 10 nəfər Azərbaycan vətəndaşı Latviyada təqaüdlə təhsil alacaq.

Operativ Media xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, Latviya Respublikasının yekun qərarına əsasən təqaüd hüququ qazanmış 10 nəfər bu ölkənin Riga Stradiņš University, Riga Technical University, University of Latvia, Latvia University of Life Sciences and Technologies, Transport and Telecommunication Institute, Turība University və digər ali təhsil müəssisələrində müxtəlif səviyyələrdə təhsil almaq hüququ qazanıblar.

Qeyd edək ki, Latviya hökumətinin təqaüd proqramından yararlanan 22 ölkə arasında təqaüdçülərin sayına görə Azərbaycan ilk beşlikdə yer alır.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər