19 Aprel 2023, 12:30
705
Zabratda qəbirlərin dağıdılması faktı ilə bağlı cinayət işi başlanıb
Zabratda qəbirlərin dağıdılması faktı ilə bağlı cinayət işi başlanıb şəkil
Zabratda qəbirlərin dağıdılması faktı ilə bağlı cinayət işi başlanıb

Bəzi sosial şəbəkə səhifələrində Bakı şəhərində yerləşən qəbiristanlıqlardan birində qəbirlərin dağıdılmasına dair videogörüntülər paylaşılıb.

"Operativ Media" xəbər verir ki, Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində naməlum şəxs və ya şəxslərin Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən qəbiristanlıqda məzarların üzərindəki predmetlərin zədələnməsi, xatirə daşları və lövhələrin dağıdılması kimi rüsvayedici əməllərlə qəbirlər üzərində təhqiredici hərəkətlərin etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon polis idarəsində Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə ictimai təhlükəli əməli törətməkdə təqsirləndirilən şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində intensiv tədbirlər davam etdirilir.

Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Son xəbərlər
Azərbaycanla İran sərhədində radiasiya fonunda çirklənmə aşkar edilməyib
Xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara məntəqəsindən keçmələrinə şərait yaradılıb
Natanz nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib
İran: İsrailin hücumları bizi diplomatik yoldan çəkindirdi
İran Prezidenti: Allahdan bir yardım və yaxın bir zəfər
İsrail müdafiə naziri: İran mülki ərazilərə hücuma görə dözülməz bədəl ödəyəcək
İranın İsrailə cavab tədbirləri başa çatıb - YENİLƏNİB
Gürcüstan Yaxın Şərqdə artan gərginlikdən narahatdır