Rafiq Hunaltay: "Milli Marketinq Forumu artıq bir ənənəyə çevrilib"
Operativ Media
“Bu il 11-cisi baş tutan və artıq ənənəyə çevrilən Milli Marketinq Forumu, ölkədə biznes strukturlarının şəffaflaşmasında mühüm rol oynayır”.
Bu sözləri Operativ Media-ya açıqlamasında "Facemark" şirkətinin təsisçisi, marketoloq Rafiq Hunaltay bildirib.
O, qeyd edib ki, tədbir şirkətlərin aktiv təbliğat işlərinin aparılması, eləcə də düzgün marketinq və PR strategiyalarının qurulmasında istiqamətverici platformalardan biri hesab olunur:
“Builki forumda bir ilkə imza atılaraq, Milli Marketinq Forumu ilə yanaşı həm də Bloqer və İnfluenserlər Forumu birgə təşkil edilib”.
“Azərbaycanda hazırda 7 milyona yaxın aktiv sosial media istifadəçisinin olması bloqer və influenserlərin fəaliyyətinə, eləcə də bu yeni foruma marağı xeyli artırıb. Bununla belə, 11 illik tarixə malik Milli Marketinq Forumunun da öz sadiq izləyici kütləsi var. Nəticədə, hər iki paralel tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb”, - deyə o, qeyd edib.