Menyu

"Mançester Siti" avrokuboklardan kənarlaşdırıla bilər

Operativ Media
"Mançester Siti" avrokuboklardan kənarlaşdırıla bilər
1 dəq oxu

“Mançester Siti” maliyyə qaydalarının pozulması ilə bağlı apellyasiya prosesində uğursuzluğa düçar olarsa, 7 ildən 10 ilədək avrokuboklardan kənarlaşdırıla bilər.

Operativ Media xəbər verir ki, bu barədə İngiltərə mətbuatında məlumar verilib.

“Şəhərlilər”in maliyyə pozuntuları ilə bağlı qərar qüvvədə saxlanılarsa, UEFA uzunmüddətli diskvalifikasiya tətbiq edəcək.

Premyer Liqanın müvafiq komissiyası “Mançester Siti”ni 2009–2018-ci illərdə yol verildiyi iddia olunan maliyyə pozuntuları ilə bağlı 115 ittihamın böyük əksəriyyəti üzrə təqsirli hesab edib. Komissiyanın qənaətinə görə, klub gəlirlərini təxminən 830 milyon funt-sterlinq şişirdib, maliyyə hesabatlarındakı ümumi uyğunsuzluqların məbləği isə 900 milyon funt-sterlinqi ötüb.

Xatırladaq ki, 2020-ci ildə İdman Arbitraj Məhkəməsi (CAS) UEFA-nın maliyyə feyr-pley qaydalarının pozulmasına görə “Mançester Siti”ni iki mövsüm avrokuboklardan uzaqlaşdırmaq qərarını ləğv edib

Əlaqəli Xəbərlər