12 May 2023, 14:38
398
Türkiyə Milli Müdafiə Nazirliyinin hərbi tibb heyəti ilə görüş keçirilib
Türkiyə Milli Müdafiə Nazirliyinin hərbi tibb heyəti ilə görüş keçirilib şəkil
Türkiyə Milli Müdafiə Nazirliyinin hərbi tibb heyəti ilə görüş keçirilib

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Türkiyə Milli Müdafiə Nazirliyinin Tibb Xidməti rəisinin müavini tibb xidməti general-mayoru Durmuş Aydəmirin rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyinin Tibb İdarəsini ziyarət edib.

"Operativ Media" xəbər verir ki, Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi tibb xidməti general-mayoru Firudin Nəbiyev qonaqları salamlayaraq onlara Azərbaycan Ordusunda tibb xidmətinin təşkili, xüsusilə Vətən müharibəsində hərbi tibb personalının fəaliyyəti barədə geniş məlumat verib. Görüşdə hərbi tibb xidmətinin Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində tərəfləri maraqlandıran suallar müzakirə olunub. Qonaqlar, həmçinin Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı, Mərkəzi Hərbi Poliklinika, Mərkəzi Stomatoloji Poliklinika, Sanitar-Epidemioloji Nəzarət Mərkəzi, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi ilə tanış olub, hərbi tibb sahəsində xidmət edən həkimlərin fəaliyyətlərini izləyiblər. Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Son xəbərlər
Samuxda süni sututarında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
Türkiyə Ordusu dörd terrorçunu zərərsizləşdirib
Azərbaycan PL: "Şamaxı" Sumqayıt"ı əliboş yola saldı
Conson: Putini şoka salmaq vaxtıdır, yoxsa qalib gələcək
Bakıda qadın dəm qazından zəhərlənərək ölüb
Avtomobilin yolda qalması nəqliyyat sıxlığına səbəb olub - YENİLƏNİB
Misir Ərəb Liqasının fövqəladə sammitini çağırıb
Hakimliyə namizədlər üçün yazılı imtahan keçirilib