http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Hərbi attaşelər Ermənistan silahlı qüvvələrinin təxribatı barədə məlumatlandırılıb

13 May 2023 , 13:36
288
Hərbi attaşelər Ermənistan silahlı qüvvələrinin təxribatı barədə məlumatlandırılıb

Mayın 13-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün brifinq keçirilib.

"Operativ Media" xəbər verir ki, brifinqdə çıxış edən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov mayın 10-dan başlayaraq Ermənistan silahlı qüvvələri bölmələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törətməsi barədə xarici ölkələrin hərbi nümayəndələrinə ətraflı məlumat verib. Bildirilib ki, mayın 11-i və 12-də qarşı tərəf təxribatlarını genişləndirərək vəziyyəti daha da gərginləşdirmək məqsədilə iriçaplı silahlar, minaatanlar, daha sonra isə D-30 toplarından istifadə etməklə mövqelərimizi intensiv atəşə tutub. Qeyd edilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki bir neçə mövqeyinə qarşı müxtəlif istiqamətlərdən zərbə PUA-ları da tətbiq edilib. Xarici nümayəndələrə Ermənistan silahlı qüvvələrinin təxribatlarını əks etdirən videogörüntülər təqdim olunub. Nümayəndələri maraqlandıran suallar cavablandırıldıqdan sonra onlara PUA-ların qalıqları əyani nümayiş etdirilib.

OXŞAR XƏBƏRLƏR
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO

Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb

Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb

XƏBƏR LENTİ
  • 12:14

    Yük avtomobili dərəyə yuvarlanıb, ölən var
  • 11:45

    Sabahın hava proqnozu açıqlanıb
    Sabahın hava proqnozu açıqlanıb
  • 11:30

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO
  • 11:02

    Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
    Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
  • 10:38

    İranda kömür mədənində partlayış olub
  • 10:09

    Seyfəli poliqonunda istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
  • 09:33

    Azərbaycan PL: "Səbail" "Sabah"a, "Sumqayıt" "Zirə"yə qarşı
  • 09:30

    XİN Malini təbrik edib
    XİN Malini təbrik edib
Menyu