http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

İlham Əliyev Belçikaya gedib - YENİLƏNİB

13 May 2023 , 22:25
İlham Əliyev Belçikaya gedib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə mayın 13-də Belçika Krallığına işgüzar səfərə gəlib.

"Operativ Media" xəbər verir ki, dövlətimizin başçısı Brüsseldə Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç ilə görüşüb.

Söhbət zamanı Azərbaycan Prezidentinin Maroş Şefçoviç ilə bundan əvvəl keçirdiyi görüşləri məmnunluqla xatırlandı. Cənub Qaz Dəhlizinin uğurla icra olunması işinə Maroş Şefçoviçin verdiyi töhfə qeyd edildi və Cənub Qaz Dəhlizi Məşvərət Şurasının həmsədri kimi onun fəal rolu vurğulandı.

Maroş Şefçoviç Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirilməsi və səmərəli fəaliyyəti ilə əlaqədar dövlətimizin başçısına təbriklərini çatdırdı.

Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ötən ilin iyulunda ölkəmizə səfəri və bu səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair imzalanan Anlaşma Memorandumunun əhəmiyyəti qeyd edildi. Azərbaycan qazının Avropa İttifaqı məkanına ixracının artırılması prosesinin uğurla icra olunduğu və bu xüsusda aprel ayında Sofiyada imzalanan Anlaşma Memorandumunun əhəmiyyəti vurğulandı. Azərbaycan qazının Avropa məkanında daha geniş coğrafiyanı əhatə etməsinin önəmi qeyd olundu.

Söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında bərpaolunan enerji istehsalı ilə bağlı əməkdaşlıq məsələləri müzakirə edildi, bu sahənin böyük perspektivlərə malik olduğu bildirildi.

Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlığın uğurla davam etdiyi vurğulandı.

***
21:25
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə mayın 13-də Belçika Krallığına işgüzar səfərə gedib.

"Operativ Media" xəbər verir ki, dövlət başçısı mayın 13-də Brüsseldə Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç ilə görüşüb.

OXŞAR XƏBƏRLƏR
XİN Malini təbrik edib

XİN Malini təbrik edib

Dövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanı keçiriləcək

Dövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanı keçiriləcək

Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib

Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib

XƏBƏR LENTİ
  • 09:33

    Azərbaycan PL: "Səbail" "Sabah"a, "Sumqayıt" "Zirə"yə qarşı
  • 09:30

    XİN Malini təbrik edib
    XİN Malini təbrik edib
  • 09:00

    Dövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanı keçiriləcək
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
Menyu