Menyu

G7 və Aİ Rusiyaya qarşı yeni sanksiya planlaşdırır

Redaksiya
G7 və Aİ Rusiyaya qarşı yeni sanksiya planlaşdırır

“Böyük Yeddilik” (G7) və Aİ ölkələri Rusiyaya qarşı 11-ci sanksiyalar paketi çərçivəsində Moskvanın əvvəllər tədarükünü azaltdığı marşrutlar üzrə boru kəməri qazının idxalını qadağan etmək niyyətindədir.

"Operativ Media" xəbər verir ki, bu barədə “Financial Times” qəzeti G7 liderlərinin bəyanat layihəsinə istinadla məlumat yayıb.

Bildirilib ki, G-7 liderlərinin Xirosima sammitində qəbul edəcəkləri qərar Rusiyadan Polşa və Almaniya kimi ölkələrə boru kəməri qazının ixracının bərpasının qarşısını almalıdır. Moskvanın bu istiqamətlərə qaz tədarükü 2022-ci ildə faktiki olaraq kəsilib.

Teqlər:

"G7 Rusiyaya qarşı yeni sanksiya planlaşdırır"

Əlaqəli Xəbərlər