http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycanda universitetlərə qəbul niyə digər ölkələrdəki kimi aparılmır?

26 Aprel 2024 , 10:00
Azərbaycanda universitetlərə qəbul niyə digər ölkələrdəki kimi aparılmır?

Bəzi ölkələrdə ali məktəblərə qəbul buraxılış imtahanlarının nəticələrinə əsasən keçirilir. Yəni əlavə imtahan vermədən məktəb nəticələrində əsasən tələbələr qəbul edilir.

Bəs bu praktika Azərbaycanda niyə tətbiq edilmir?

"Operativ Media"ya açıqlama verən təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu deyir ki, ölkəmizdəki mövcud qanunvericilik aktlarına əsasən, universitetə qəbul olmaq üçün əvvəlcə buraxılış və sonra müvafiq blok imtahanı verilməlidir. Hər iki imtahanın nəticələri toplanıldıqdan sonra abituriyent ixtisas seçimi aparır:

"Bəzi ölkələrdə prosedur fərqlidir. Məsələn, təkcə buraxılış imtahanı vasitəsilə universitetlərə qəbul mümkündür. Bəzi ölkələrdə imtahansız, bəzilərində isə qəbul şərtləri olduqca çətindir. Bu, ölkələrin universitetlərinə görə də dəyişir. Əksər ölkələrdə Azərbaycanda olan Dövlət İmtahan Mərkəzi kimi qurum olmadığından tələbəni universitet özü imtahan edir və müəyyən meyarlar əsasında qəbul edir. İmtahanlar, qəbul şərtləri universitetə və ixtisasa görə aparılır. Buna universitetlərin muxtariyyəti deyirlər".

Ekspert bildirir ki, kurikulum şərtləri çərçivəsində imtahanlar təşkil edilənə qədər ölkəmizdə imtahan prosedurları çox sadə idi:

"Ödəniş ödəmədən ildə bir dəfə imtahan verib mövcud 700 bala qədər nəticə göstərərək ixtisas seçimi aparırdın. Hazırda isə buraxılış imtahanı maksimum 300, blok imtahanı isə maksimum 400 bal qazandırır və bu imtahanlar ayrı-ayrı vaxtlarda verilir. Həmçinin ikinci dəfə blok imtahanı vermək üçün şans da yaradılır. Eləcə də 2 qrup üzrə alt qrup da yaradılıb. Həmçinin bu imtahanların hər birinin ödənişi də, qeydiyyatı da başqadır, ayrılıqda həyata keçirilir. Prosedur uzun, davamlı və yorucudur. Valideyn və ya abituriyent, məsələn, buraxılış imtahanından xəbərsiz olsa, blok imtahanlarına buraxılmır. Vəziyyət o yerə gəlib çıxıb ki, bu qarışıqlıq səbəbindən valideynlər sözügedən prosedurları bilən şəxslər tapır, müəyyən ödəniş qarşılığında işlərini gördürürlər. Düşünürəm ki, bu prosedur sadələşdirilməlidir".

Rizvan Fikrətoğlunun sözlərinə görə, hazırkı vəziyyətdə bir sıra ölkələrdən fərqli olaraq, blok imtahanının keçirilməsi daha düzgündür:

"Çünki müalicə işininə qəbul olmaq istəyən şəxsin həmin sahədəki fənlər üzrə bilik və bacarığı olmalıdır. Həmçinin İT, hüquqşünaslıq, jurnalistika sahələrində də eləcə. Bu səbəbdən blok imtahanlarının olmasının vacibliyi qeyd edilməlidir. Hüquq üzrə oxumaq istəyən şəxsin biologiya fənnindən anlayışı zəif, eləcə də stomotoloq olmaq istəyənin tarix üzrə biliklərinin qənaətbəxş olmaması problem yaratmır. Buraxılış imtahanlarında isə bütün abituriyentlərin Azərbaycan dili, riyaziyyat və xarici dil olmaqla baza biliklər yoxlanılır. Ölkəmizdə ali məktəblərə qəbulun buraxılış imtahanlarının nəticələrinə əsasən həyata keçirilməməsini həm də mövcud şəraitlə də əlaqələndirmək olar. Məlumdur ki, ali təhsilin keyfiyyəti yüksək deyil. Məktəb biliyi zəif olan tələbə üçün ali məktəblərimiz ali bilik formalaşdıra bilmir. Bunların başlıca səbəbi ali məktəb auditoriyalarının orta məktəb auditoriyalarından elə də fəqlənməməsi, potensial və müasir müəllim modelinə sahib kadrların azlığıdır".

Ekspertin qeyd edib ki, biliyi qiymətləndirmə baxımdan DİM bəlkə də bu missiyanı yerinə yetirə biləcək ən sonuncu qurum olmalıdır:

"Məsələn, hüquqşünasdan tələb edilən odur ki, qısa zamanda qərar qəbul edib, ən doğru variant üzərində dayansın. Lobarantdan isə elə bacarıq tələb edilmir. Bu baxımdan hüquqşünaslığın balının 500-dən yuxarı olması anlaşılandır. Biliyi olan, lakin onu test üzərində təsdiq edə bilməyən, həyəcanlanan abituriyentin hüquqşünaslıq ixtisasında nə işi ola bilər? Deməli, DİM həm də qərarvermə prizmasından şəxsin bacarığını, təcrübəsini, gəldiyi qənaəti də qiymətləndirir".

OXŞAR XƏBƏRLƏR
Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA

Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ

Bakı metrosunda qatarlardan birində nasazlıq yaranıb

Bakı metrosunda qatarlardan birində nasazlıq yaranıb

XƏBƏR LENTİ
  • 21:11

    Si Cinpin Makronu Çinə səfərə dəvət edib
  • 20:57

    Azərbaycan PL: "Qəbələ" "Səbail"i məğlub etdi
  • 20:56

    Azərbaycan-ATƏT əməkdaşlığı müzakirə edilib
    Azərbaycan-ATƏT əməkdaşlığı müzakirə edilib
  • 20:42

    Rusiya səfiri kiberhücumlarla bağlı Çexiya XİN-ə çağırılıb
  • 20:28

    Litva prezidenti İsveçrədə Ukrayna ilə bağlı konfransda iştirak edəcək
  • 20:13

    Azərbaycanla Özbəkistan arasında icbari tibbi sığorta sahəsində əməkdaşlıq memorandumu imzalanıb
  • 20:01

    Lukaşenko Putinin andiçmə mərasimində iştirak etməyəcək?
    Lukaşenko Putinin andiçmə mərasimində iştirak etməyəcək?
  • 19:46

    Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq genişləndiriləcək
Menyu