http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq genişləndiriləcək

06 May 2024 , 19:46
Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq genişləndiriləcək

Mayın 6-da Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev professor Talat Canbolat və general-leytenant Yaşar Kadıoğlunun rəhbərlik etdikləri nümayəndə heyəti ilə görüşüb.

Bu barədə "Operativ Media"ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, türkiyəli qonaqlar "Xarici tədris gəzintisi" çərçivəsində Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrinə dərin ehtiram nümayiş etdiriblər.

Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşdə qonaqları salamlayan general-polkovnik K.Vəliyev onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Baş Qərargah rəisi Türkiyə ilə ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib. Ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi xüsusi vurğulanıb.

Göstərilən səmimi qonaqpərvərliyə görə təşəkkürünü bildirən türkiyəli nümayəndə heyəti hərbi təhsil sahəsində təcrübənin genişləndirilməsinə yönəldilmiş əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib.

Sonra qonaqlar müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay və Hərbi Hava Qüvvələri komandanının birinci müavini - qərargah rəisi polkovnik Məzahir Rüstəmov ilə görüşüblər.

Görüşlərdə Azərbaycan Ordusunda həyata keçirilən islahatlardan danışılıb, hərbi təhsil sahəsində birgə əməkdaşlığın daha da inkişaf etdirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb. 

OXŞAR XƏBƏRLƏR
COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb

COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb

Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib

Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib

Ceyhun Bayramov: Ermənistan-Azərbaycan normallaşma prosesi üzrə danışıqlar davam edir

Ceyhun Bayramov: Ermənistan-Azərbaycan normallaşma prosesi üzrə danışıqlar davam edir

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
  • Dünən
    23:22

    Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Dünən
    23:08

    Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb
  • Dünən
    22:50

    Borrell Çinin xarici işlər naziri ilə görüşdü
  • Dünən
    22:22

    Pentaqon: Peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir
  • Dünən
    22:06

    Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb
  • Dünən
    21:57

    Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
  • Dünən
    21:50

    Türkiyə ordusu 15 terrorçunu zərərsizləşdirdi
Menyu