Menyu

Rusiya səfiri kiberhücumlarla bağlı Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri kiberhücumlarla bağlı Çexiya XİN-ə çağırılıb
1 dəq oxu

Çexiyanın xarici işlər naziri Yan Lipavski Rusiyanın bu ölkədəki səfiri Aleksandr Zmeevskini Praqada Rusiya ilə əlaqəli olan Çexiya obyektlərinə kiberhücumlarla bağlı vəziyyətə görə XİN-ə çağırıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə CTK xəbər agentliyi məlumat yayıb. 

"Biz Rusiya Federasiyasını BMT normalarına və öz öhdəliklərinə zidd olan bu hərəkətləri dayandırmağa çağırdıq", - deyə agentlik Lipavskidən sitat gətirib.

Rusiya səfirliyi səfirin Çexiya Xarici İşlər Nazirliyinə çağırılmasını şərh etməyib.

Əlaqəli Xəbərlər