Putin, Tramp və Çinin baş naziri ASEAN sammitində iştirak edəcək

Şəfa Hüseynli
Putin, Tramp və Çinin baş naziri ASEAN sammitində iştirak edəcək

Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Tramp və Çinin baş naziri Li Çianq oktyabrda Kuala-Lumpurda keçiriləcək Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) 47-ci sammitində iştirak edəcəklər.

Operativ Media xəbər verir ki, bu barədə Malaziyanın baş naziri məlumat yayıb. 

Bildirilib ki, assosiasiya sammitində Braziliya lideri Lula da Silva və Cənubi Afrika prezidenti Siril Ramafosa da iştirak edəcəklərini təsdiqləyiblər.

Qeyd edək ki, ASEAN 1967-ci ildə yaradılıb və hazırda Cənub-Şərqi Asiyanın on ölkəsini - Bruney, Vyetnam, İndoneziya, Kamboca, Laos, Malayziya, Myanma, Sinqapur, Tayland və Filippini birləşdirir. 

Şəfa Hüseynli

Digər xəbərlər