Hansı rayonlarda mənzil qiymətləri bahalaşıb?

Ayşən Sadıxzadə
Hansı rayonlarda mənzil qiymətləri bahalaşıb?

"Ümumi statistika göstərir ki, daşınmaz əmlak üzrə aparılan əməliyyatlarda istər satış, istərsə də kirayə və icarə sahəsində əsas pay Bakı və Abşeronun payına düşür. Əgər siz qeydiyyat və kadastr məlumatlarına baxsanız, görərsiniz ki, Daşınmaz Əmlakın Reyestri və Kadastrı üzrə müraciətlərin sayına görə Bakı şəhəri birinci yerdə qərarlaşıb. Bundan sonra isə Sumqayıt, Abşeron və digər regionlar gəlir".

Bu fikirləri Operativ Media-ya açıqlamasında mənzil eksperti Ramil Osmanlı deyib.


O bildirib ki, müəyyən aktiv rayonlar var ki, orada həm satış, həm də kirayə və icarə əməliyyatlarının sayında artım müşahidə olunur:

“Bu rayonlara əsasən Mingəçevir, Gəncə və Gəncəbasar bölgəsi, Dağlıq Şirvan, Lənkəran-Astara və, təbii ki, son illərdə sürətlə inkişaf edən Şərqi Zəngəzur və Qarabağ bölgələri daxildir.

Hazırda Qarabağda daşınmaz əmlakın satışı və kirayəsi ilə bağlı tam sərbəst əməliyyatlara icazə verilməsə də, artıq həmin ərazilərdə də müraciətlərin və əməliyyatların sayında artım müşahidə olunur. Ümumilikdə regionlarda, xüsusilə də turistik ərazilərdə həm satış, həm də kirayə qiymətlərində artım tendensiyası qeydə alınır.
İcarə segmentlərində isə vəziyyət iqtisadi rayonlardan deyil, əsasən inzibati rayonların xüsusiyyətlərindən asılı olaraq dəyişir”.

Digər xəbərlər