Menyu

Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimləri baş tutub

Operativ Media
Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimləri baş tutub
Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində onlayn formatda iştirak ediblər.

Operativ Media xəbər verir ki, tədbir çərçivəsində "Davr Bank" (AR Beynəlxalq Bankı), Gips zavodu ("Matanat-A"), "Landau" adına STEAM (Science, Technology, Engineering, and Mathematics) iki məktəb ("Landau Education Group") layihələrinin açılışı olub. Həmçinin SOCAR-ın beş yeni yanacaqdoldurma məntəqəsinin, "Sea Breeze Uzbekistan" yaşayış və istirahət kompleksinin ("Agalarov Development"), "Baku City" yaşayış kompleksinin ("TuranAZ"), Gümüş tərkibli filizin emalı üzrə zənginləşdirmə fabrikinin ("Sur Gold and Silver Project") və Meyvə bağlarının ("Gold Fresh Fruits") layihələrinin təməliqoyma mərasimi keçirilib.
Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər