İlham Əliyev: Özbəkistan Qarabağın bərpasına praktiki yardım göstərən ilk ölkədir
Operativ Media
Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşündə iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini bildirib.
Operativ Media xəbər verir ki, dövlət başçısı Azərbaycanın və Özbəkistanın ikitərəfli formatda iştirak etdikləri bütün beynəlxalq təşkilatlarda daim bir-birini dəstəklədiyini vurğulayıb.
Prezident İlham Əliyev Birgə İnvestisiya Fondunun potensialına da toxunaraq bildirib ki, fondun 500 milyon dollarlıq vəsaitinin təxminən 160 milyon dollarının hansı istiqamətlərə investisiya ediləcəyi artıq müəyyənləşdirilib.
“Düşünürəm ki, biz bu vəsaiti tezliklə istifadə edəcəyik və əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirəcəyik”, - dövlət başçısı qeyd edib.
İlham Əliyev Qarabağın bərpasına göstərilən yardıma görə Özbəkistana minnətdarlığını ifadə edib. O bildirib ki, Özbəkistan Qarabağın bərpasına praktiki yardım göstərən ilk ölkə, Şavkat Mirziyoyev isə bu yardımı göstərən ilk Prezident olub.
Dövlət başçısı Özbəkistanın avtomobil sənayesində əldə etdiyi təcrübənin Azərbaycana ötürüldüyünü də diqqətə çatdırıb. Onun sözlərinə görə, ilk layihə artıq reallaşdırılıb, hazırda isə tam istehsal dövrünün yaradılması istiqamətində iş aparılır. Hacıqabulda 80 milyon dollardan çox investisiya nəzərdə tutulur.
Prezident əlavə edib ki, hazırda ikinci zavod da tikilir və bu müəssisənin Azərbaycanın avtomobil sənayesinin inkişafına ciddi təkan verəcəyi gözlənilir.
İlham Əliyev Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa böyük məsuliyyət və həvəslə yanaşdığını vurğulayıb.
Dövlət başçısı həmçinin bildirib ki, Azərbaycan ərazisində Zəngəzur dəhlizi layihəsi fəal şəkildə həyata keçirilir. Onun sözlərinə görə, Azərbaycanın əsas hissəsində layihənin gələn il başa çatdırılması nəzərdə tutulur, Naxçıvan Muxtar Respublikası ərazisində isə artıq icra işlərinə başlanılıb.
Prezident İlham Əliyev Özbəkistandan Azərbaycan üzərindən daşınan yüklərin həcminin artdığını da qeyd edib və Özbəkistan üçün bərənin tikintisinin sürətləndirilməsinin vacibliyini vurğulayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net