Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar
Operativ Media
Avqustun 23-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, qızları Saida və Şaxnoza Mirziyoyevalar ilə birlikdə Daşkənddə “Oxunguzar” incəsənət məkanında olublar.
Operativ Media xəbər verir ki, bu layihə Özbəkistan Respublikasının Prezident Administrasiyası yanında Mədəniyyət və İncəsənətin İnkişafı Fondunun sifarişi ilə həyata keçirilib.
İncəsənət məkanında keramika, tikiş, zərgərlik məmulatları, həmçinin ağac üzərində oyma nümunələrinin nümayiş olunduğu sərgilər təşkil edilir.
Burada, eyni zamanda, müxtəlif görüşlər, mühazirələr və maarifləndirici tədbirlər keçirilir.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma