Azərbaycan ağırlıqqaldıranı Avropa çempionu olub
Operativ Media
Azərbaycan ağırlıqqaldıranı Musab Məmmədtağıyev Kosovonun paytaxtı Priştina şəhərində keçirilən U-15 və yeniyetmələrin Avropa birinciliyində 3 qızıl medal qazanıb.
Operativ Media xəbər verirki, birdən qaldırma hərəkətində 124 kq çəkini başı üzərinə qaldıran idmançı fəxri kürsünün birinci pilləsinə qalxıb.
70 kq çəki dərəcəsində yarışan atlet təkanla qaldırma növündə 145 kq ağırlığın öhdəsindən gələrək yenə qızıl medala yiyələnib.
Beləliklə, iki hərəkətin cəmində 269 kq nəticə göstərən Musab Məmmədtağıyev toplamda Avropa birinciliyinin qızıl medalına sahib olub.
Qeyd edək ki, o, ikinci yerin sahibi Hayk Movsisyanı 17 kq qabaqlayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net