Menyu

"Atletiko" Conatan Devidi icarəyə götürür

Operativ Media
"Atletiko" Conatan Devidi icarəyə götürür

"Yuventus"un hücumçusu Conatan Devid İspaniyanın "Atletiko" klubuna transfer olunmağa yaxındır.

​Operativ Media xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Məlumata görə, Madrid təmsilçisi 26 yaşlı kanadalı forvardı satın alma opsiyası ilə birillik icarəyə götürür və bu müddət ərzində onun əməkhaqqısının yarı hissəsini ödəyəcək.

​Xatırladaq ki, Conatan Devid 2025-ci ilin yayında "Lill"lə müqaviləsinin müddəti bitdikdən sonra azad agent kimi "Yuventus"a qoşulmuşdu. O, Turin təmsilçisinin heyətində çıxış etdiyi müddətdə bütün turnirlərdə 47 matçda iştirak edərək 8 dəfə rəqib qapısına yol tapıb və 5 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı futbolçunun bazar dəyərini 30 milyon avro qiymətləndirir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər