Çempionlar Liqasında tarixi qol rekordu qeydə alınıb
UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsinin II turunda 18 oyunda 78 qol vurulub. Bu, turnir tarixinin ən məhsuldar turu olub.
Operativ Media xəbər verir ki, komandalar hər qarşılaşmada orta hesabla 4,33 qol vurublar.
Turun ən məhsuldar oyunlarından biri “Brügge”nin “İnter”i 4:3 hesabı ilə məğlub etdiyi görüş olub. “Liverpul” LASK-ı 6:3 hesabı ilə üstələyib, “Real” “Roma”ya 4:3, PSJ isə “Mançester Siti”yə 4:2 hesabı ilə qalib gəlib.
Əvvəlki rekord 2025/26 mövsümündə qeydə alınmışdı. Həmin mövsümün Liqa mərhələsinin III turunda 18 qarşılaşmada 71 qol vurulmuş, orta məhsuldarlıq hər oyuna 3,94 qol təşkil etmişdi.
Qeyd edək ki, 2024/25 mövsümündən etibarən Çempionlar Liqasında qrup mərhələsi 36 komandanın iştirak etdiyi Liqa mərhələsi ilə əvəzlənib. Yeni formatda hər turda əvvəlki 16 oyun əvəzinə 18 qarşılaşma keçirilir.