Mbappe Çempionlar Liqasında tarixi göstəriciyə imza atıb
“Real Madrid”in hücumçusu Kilian Mbappe UEFA Çempionlar Liqasında 100-cü oyununda fərqlənib və turnirin yubiley matçında qol vuran səkkiz futbolçudan biri olub.
Operativ Media xəbər verir ki, UEFA-nın fransalı hücumçunun nailiyyətlərinə həsr olunmuş materialında bildirilib. Turnir tarixində 57 futbolçu 100 oyun həddinə çatıb.
“Roma” ilə qarşılaşmada vurduğu qol Mbappeni Çempionlar Liqasının bütün dövrlər üzrə ən məhsuldar futbolçuları siyahısında beşinci pilləyə yüksəldib. Oktyabrın 14-nə olan məlumata görə, onun hesabında turnirdə 72 qol var. Fransalı futbolçu ötən mövsüm 15 dəfə fərqlənərək yarışın ən yaxşı bombardiri olub.
Mbappe Çempionlar Liqasında debütünü 2016-cı ilin sentyabrında “Monako”nun heyətində, 17 yaşında edib. O, turnirdə ilk qolunu 2017-ci ilin fevralında “Mançester Siti” ilə matçda vurub. Bu, onun yarışda meydana çıxdığı dördüncü oyun olub.
Hücumçu 2024-cü ildə “Real Madrid”ə keçib. UEFA-nın məlumatına görə, Mbappe Çempionlar Liqasında 50 qol həddinə 26 yaşında çatıb. Bu göstəriciyə ondan daha gənc yaşda yalnız Lionel Messi nail olub.