Tokayev Ərdoğanı təbrik edib
Redaksiya
Qazaxıstan lideri Qasım-Jomart Tokayev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
"Operativ Media" xəbər verir ki, telefon danışığı zamanı Tokayev Ərdoğanı Türkiyədə keçirilən prezident seçkilərinin birinci turunda qələbəsi münasibətilə təbrik edib.
Qazaxıstan prezidenti Ədalət və İnkişaf Partiyasının rəhbərlik etdiyi respublika alyansının parlament seçkilərində uğur qazandığını da qeyd edib.
Bundan əlavə, Qazaxıstan və Türkiyə liderləri iki qardaş ölkə arasında çoxşaxəli əməkdaşlığın daha da dərinləşdirilməsi məsələlərini müzakirə ediblər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net