“Azərbaycan Qarabağda miqyası ölçüyəgəlməz işlər görür”- Politoloq

Redaksiya
“Azərbaycan Qarabağda miqyası ölçüyəgəlməz işlər görür”- Politoloq

"Böyük iqtisadi potensiala malik olan Qarabağ və Şərqi Zəngəzur yaxın illərdə Azərbaycanın ən inkişaf etmiş bölgələrdindən birinə çeviriləcək. Qısa müddət ərzində Ermənistanın viran qoyduğu ərazilərdə iri layihələrin icrası, genişmiqyaslı bərpa quruculuq işləri və minlərlə sakinin qarabağa geri dönməsini yeni dövr üçün uğrlu başlanğıc hesab etmək olar".

Bunu "Operativ Media"ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Fotoğraf açıklaması yok.

Politoloqun sözlərinə görə, bütün işlərin paralel şəkildə aparılması Azərbaycan dövlətinin qarşıya qoyduğu məqsədlərə nə qədər həssas yanaşdığını göstərir. 

"Bu ildə işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması istiqamətində mühüm addımlar atılacaq. 2024-cü ildə 20-dən çox yaşayış məntəqəsinə keçmiş köçkünlərin qaytarılması nəzərdə tutulur ki, bu da Qarabağ və Şərqi Zəngəzurda miqyası ölçüyəgəlməz işlərin görüldüyündən xəbər verir. Belə qısa müddət ərzində belə çevik və operativ şəkildə işğaldan azad edilmiş bölgələrə əhalimizin tam təhlükəsiz formada qayıdışının təmin edilməsi Azərbaycanın bu sahədə siyasətinin nə qədər kulminasiya nöqtəsində olduğunu göstərir. Bu gün ölkəmiz heç bir xarici donor təşkilata ehtiyac duymadan böyük qayıdış prosesini uğurla həyata keçirir. Bölgədə iki hava limanının istifadəyə verilməsi, xəstəxanalar, məktəblər, idman obyektləri, infrastruktur obyektləri, yollar, 130-dan çox tunel və körpünün inşasının aparılması Qarabağ və Şərqi Zəngəzurun qısa zamanda inkişafını sürətləndirəcək".

Politoloq bildirir ki, qarşıdakı illərdə də köçkünlər üçün yeni evlər, bütün müasir şəhərsalma qaydalarına uyğun olan yaşayış yerləri qurulacaq və tarixi şəhərlərimizin əvvəlki siması bərpa ediləcək. Bütün bunlarla Azərbaycan həm də dünyaya quruculuq nümunəsi göstərir.

"Qısa müddətdə ən yüksək standartlara malik olan həyat üçün yaşamaq üçün ən vacib elementləri özündə birləşdirən yeni yaşayış məhəllələri salındı. Laçına, Füzuliyə digər bölgələrə köç oldu. Bu il də prsoses davam edəcək. xankəndiyə xocalıya qayıdış olacaq.növbəti ildə azad olunan ərazilərin yenidən quurlması əsas istiqamətlərdən biri olacaq. Qarabağ və Şərqi Zəngəzurun sürətli bərpası Azərbaycanın bu prosesdə nə qədər mükəmməl sistem formalaşdırdığının əyani sübutudur”.

Digər xəbərlər