Bakı şəhərində ağacların qeydiyyatı və nömrələnməsi layihəsi davam etdirilir.
Operativ Media xəbər verir ki, layihə çərçivəsində indiyə qədər 28 000-dən çox ağac Şəhər Yaşıllıqlarının Reyestrinə daxil edilib.
Qeydiyyat işləri şəhərin inzibati ərazisində, o cümlədən park, yol kənarı və həyətyanı məhəllələrdə yerləşən bütün yaşıllıqlara şamil edilir.
Nömrələnmə ağaclara tam zərərsiz olan üsul ilə aparılır. Ağacın gövdəsinə vurulan etiketlər davamlı materialdan hazırlanır və üzərində ağacın nömrəsi və ağacın fərdi profilinə keçid üçün QR-kod əks olunur.
Qeyd edək ki, layihə Prezident İlham Əliyevin 10 yanvar 2025-ci il tarixli, 282 nömrəli Fərmanı ilə Əsasnaməsi təsdiq edilmiş “Rəqəmsal ekologiya” informasiya sisteminin tərkib hissəsi olaraq yaradılıb və İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilir.
Ağaclar barədə məlumatların ictimaiyyətə açıq formada təqdim edilməsi məqsədilə www.agac.az portalı sınaq rejimində fəaliyyət göstərir.





