http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

"A-Frame" tipli ev tikərkən nələrə diqqət edilməlidir?

04 Oktyabr 2024 , 15:20
"A-Frame" tipli ev tikərkən nələrə diqqət edilməlidir?

Son zamanlar "A-Frame" tipli evlərə Azərbaycanda tələbat artıb. Bəs bu evləri tikərkən vətəndaş nələrə diqqət etməlidir?

Məsələ ilə bağlı əmlak eksperti Elnur Fərzəliyev “Operativ Media”ya açıqlama verib. O bu evlərə tələbatın artmasının səbəblərinə aydınlıq gətirib:

Picture background

“Son illər "A-Frame" tipli evlərə təlabat xeyli artıb. Təlabatın artımı daha çox Azərbaycanın turistlik bölgələrində hiss olunur. Bu rayonlarda yaşayan yerli sakinlər və bölgəyə sərmayə qoyan şəxslər burada "A-Frame" tipli evlər tikərək gələn turistlərə gündəlik kirayə verirlər. Çünki bu tipli evləri kirayə götürmək insanlar üçün maraqlıdır. Ona görə də son vaxtlar sahibkarlar "A-Frame" tipli evlər tikməyə daha çox yönəliblər”.

Ekspert "A-Frame" tipli evlərin tikilişi zamanı diqqət edilməli məqamlardan danışıb:

Picture background

“Vətəndaş "A-Frame" tipli ev tikərkən mütləq şəkildə bəzi məqamlara diqqət etməlidir. İlk olaraq qeyd edək ki, bu tip evlərin bir hissəsi taxtadan tikilir. Burada önəmli olan məsələ həmin taxtanın keyfiyyətidir. Bundan başqa taxtanın düzgün qurudulması və onun üzərinə müxtəlif kimyəvi vasitələrin vurulması vacibdir. Taxtaya vurulan kimyəvi vasitələr həm otaq daxilindəki böcəklərin materealı yeməsinin qarşısını alır, həm də taxtanı yanmaqdan qoruyur. "A-Frame" tipli evlər yanğına daha çox meyillidirlər. Qısa qapanma zamanı bu evlərin yanma ehtimalı olduqca yüksəkdir”.

Ekspert "A-Frame" tipli evlərin tikildiyi əraziyə də diqqət etmək lazım olduğunu vurğulayıb:

Picture background

“Bu tip evləri tikərkən əraziyə və relyefə önəm verilməlidir. "A-Frame" tipli evlərin tikildiyi ərazi daimi külək və yağıntı olan bölgələr olmamalıdır”.

Ekspert bildirib ki, bünövrəsi taxtadan olan "A-Frame" tipli evlərə dövlət çıxarış vermir:

“Azərbaycanda "A-Frame" tipli evlərin bünövrəsi əksər hallarda daşdan tikilir. Çünki bu evlərin bünövrəsi daşdan yox, taxdadan tikilsə daşınan əmlak sayılır. Bu da yüngül konstruksiya olduğu üçün həmin evə çıxarış verilmir. Ancaq bünövrə və iç hissələri daşdan tikilən və xarici görünüşü taxtadan düzələn "A-Frame" tipli evlərə çıxarış verilir”.

E. Fərzəliyev  son olaraq "A-Frame" tipli evlərin qiymətlərinin müxtəlif olduğunu bildirib:

Picture background

“Bu evlərin qiymətləri müxtəlifdir. "A-Frame" tipli evlərin 1 kvadrat metrinin qiyməti təxminən 650 manatdan başlayaraq,1200-1300 manat arası dəyişir. Qiymətin bu qədər fərqli olması istifadə olunan tikinti matereallarının keyfiyyətindən, həcmindən və daxili təmirdən asılıdır.

"A-Frame" tipli evlərin kiraya qiymətləri digər evlərə nisbətən  daha bahadır. Villa tipli evlərdə otaq sayları çox olsa da, bu evlərin qiymətləri "A-Frame" evlərindən bəzən bir neçə dəfə ucuz olur”.

Bunu da oxu: 
Son zamanlar məşhurlaşan "A-Frame" evlər neçəyədir?

 

Gülcahan Məmmədova

OXŞAR XƏBƏRLƏR
Gəmilərdən tullantı və başqa predmetlər atan şəxslər üç yüz manat məbləğində cərimələnəcək

Gəmilərdən tullantı və başqa predmetlər atan şəxslər üç yüz manat məbləğində cərimələnəcək

Avtomobildən bayıra tullantı atan şəxslər 200 manat cərimələnəcək

Avtomobildən bayıra tullantı atan şəxslər 200 manat cərimələnəcək

Muxtar Babayev Hacıqabulda vətəndaşları qəbul edib

Muxtar Babayev Hacıqabulda vətəndaşları qəbul edib

XƏBƏR LENTİ
  • 17:18

    Gəmilərdən tullantı və başqa predmetlər atan şəxslər üç yüz manat məbləğində cərimələnəcək
  • 17:16

    Avtomobildən bayıra tullantı atan şəxslər 200 manat cərimələnəcək
  • 16:59

    Qatarların vaqonlarının pəncərələrindən zibil atanlarla üçün cərimələr 16 dəfədən çox artırılır
  • 16:58

    Məişət tullantılarının kənar yerlərə atılmasına görə 300 manatdan 7000 manatadək cərimə tətbiq olunacaq
  • 16:56

    Finlandiya ilk dəfə NATO-nun nüvə təlimlərində iştirak edəcək
  • 16:50

    Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimə kəskin artırılır
  • 16:38

    Hakan Fidan TDT XİN rəhbərlərinin müavinləri ilə görüşüb
  • 16:29

    Bosniya və Herseqovinanın cənubunda daşqınlar 14 nəfərin həyatına son qoyub
Menyu