Menyu

Son zamanlar məşhurlaşan "A-Frame" evlər neçəyədir?

Redaksiya 261861 baxış
Son zamanlar məşhurlaşan "A-Frame" evlər neçəyədir?

Son zamanlar "A-Frame" tipli evlərə Azərbaycanda tələbat artıb. Xüsusilə bölgələrdə bu evlərə maraq həddindən artıq çoxdur.

"Operativ Media" "A Frame" evlərin qiymətini, eyni zamanda ona tələbatın niyə artdığını araşdırıb. 

Bu tipli evlər daha çox bölgələrdə kirayə məqsədilə verilir. Hotel konseptli yığcam olduğu üçün çox effektivdir. Tikinti məsələləri üzrə ekspert Şaiq Hüseynlinin fikrincə, əslində bu evlər daimi yaşayış üçün deyil, qonaq evləri və turizm məqsədilə istifadə edilən evlərdir.

Modern A-Frame Cabin Architectural Plans  Custom 24' x image 2

Ekspert onu da bildirib ki, "A-Frame" evlərin yay və qış aylarında heç bir problemi yoxdur. Əgər normal tikinti şirkəti normal tikinti texnologiyasına əməl edibsə, izolyasiya xətlərini nəzərə alıbsa istiyə və soyuğa davamlıdır.

Modern A-Frame Cabin Architectural Plans  Custom 24' x image 3

Orta hesabla "A-Frame" evlərin tikintisinə 1 kvadrat metri üçün 540-610 manat arası qiymət dəyişir. Burada kvadrat  anlayışı kürsüdən asılı olaraq dəyişir. Əgər 1 "A-Frame" götürsək ki, 1-ci mərtəbəsi 56 kvadrat metrdir, ikinci mərtəbə A-nın get-gedə həndəsi formasında azaldığına görə yuxarı mərtəbə ən minimumu 50-60 faizini təşkil edir. Yəni bu 56 kvadrat metrlik evin 60%-i təxminən 33 kvadrat metr edir və toplam sahə 89 kvadrat metr olacaq.

6m x 11m A Frame Cabin You Can Build Everywhere Print and image 1

Qiymətini tapmaq üçün 89 kvadrat metri orta hesabla 610 manata vurmaq lazımdır. 

Yekunda bir "A-Frame" ev sizə 50-55 min manata başa gələ bilər. 

8m x 9m A Frame Cabin House Plans Detailed image 1

a-frame-strand-design-architecutre-usa_dezeen_2364_col_17.jpg

Teqlər:

"Son zamanlar məşhurlaşan \"A-Frame\" evlər neçəyədir?"

Əlaqəli Xəbərlər