Menyu

Qazaxıstanda parlament seçkilərində səsvermə başa çatıb

Operativ Media
Qazaxıstanda parlament seçkilərində səsvermə başa çatıb

Qazaxıstanda yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 19:00-da) yeni birpalatalı parlamentin (Qurultayın) deputatlarının ilk seçkilərində səsvermə başa çatıb.

Operativ Media yerli mediaya istinadən xəbər verir ki, 10 mindən çox seçki məntəqəsi bağlanıb, səslərin sayılmasına başlanılıb.

Xaricdə bir sıra seçki məntəqələrinin işi davam edir. Onların respublikanın diplomatik nümayəndəliklərinin ərazisində yerli vaxtla saat 20:00-dək işlərini yekunlaşdıracaqları gözlənilir.

Qazaxıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Astana vaxtı ilə saat 18:00-a (Bakı vaxtı ilə 17:00-a) qədər seçkilərdə seçicilərin 72,15 %-i iştirak edib ki, bu da 2023-cü il parlament seçkilərinin nəticəsindən yüksəkdir - o zaman səsverməyə seçicilərin 54,21 %-i qatılmışdı.

Seçici aktivliyi barədə yeni məlumatlar açıqlanmayıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər