"Kəpəz" "Gəncəbasar"ı məğlub etdi
Operativ Media
Azərbaycan Premyer Liqasının II turunda “Qarabağ”la qarşılaşması təxirə salınan “Kəpəz” yaranan fasilədən istifadə edərək yoxlama oyunu keçirib.
Operativ Media xəbər verir ki, “sarı-göylər” öz məşq bazasında “Gəncəbasar” kollektivi ilə üz-üzə gəlib. Saat 17:30-da start götürən qarşılaşma ev sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Çempionatın açılış turunda səfərdə “Sabah”a 0:2 hesabı ilə məğlub olan “Kəpəz” növbəti rəsmi matçını avqustun 28-də, III tur çərçivəsində öz meydanında “Turan Tovuz”a qarşı keçirəcək.
I Liqa təmsilçisi “Gəncəbasar” isə yeni mövsümdə ilk rəsmi oyununa sentyabrın 3-də çıxacaq. Komanda I turun açılış matçında səfərdə “Şimal FK” ilə qüvvəsini sınayacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net