Avropa Çempionatı: Azərbaycan millisi İspaniyanı məğlub etdi
Operativ Media
Azərbaycanın voleybol millisi Avropa çempionatında növbəti qələbəsini qazanıb.
Operativ Media xəbər verirki, Faiq Qarayevin baş məşqçisi olduğu komanda C qrupunun II turunda İspaniya seçməsi ilə üz-üzə gəlib.
Milli Gimnastika Arenasındakı qarşılaşma Azərbaycan yığmasının qalibiyyəti ilə bitib - 3:0 (25:16, 25:22, 25:14).
Xatırladaq ki, Azərbaycan millisi I turda Portuqaliyaya eyni hesabla qalib gəlib. Komanda hazırda 6 xalla C qrupunun lideridir. Bu qrupun oyunları avqustun 28-nə qədər Bakıda keçiriləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net