Menyu

Netanyahu Qəzzadan gələn dron təhdidləri ilə bağlı iclas keçirib

Operativ Media
Netanyahu Qəzzadan gələn dron təhdidləri ilə bağlı iclas keçirib

İsrailin Baş naziri Benyamin Netanyahunun və müdafiə naziri İsrail Katzın iştirakı ilə Qəzza sektorundan ölkə ərazisinə edilən təhdidlərə dair təcili müşavirə keçirilib.

​Operativ Media xəbər verir ki, bu barədə hökumət başçısının dəftərxanası məlumat yayılıb.

​Bildirilib ki, toplantıda hərbi rəsmilər və xüsusi qurumların rəhbərləri, o cümlədən Baş Qərargah rəisi Eyal Zamir və Milli Təhlükəsizlik Şurasının nümayəndələri iştirak ediblər. Müşavirə zamanı Qəzza zonasından İsrail istiqamətinə partlayıcı maddələr, yandırma qarışıqları daşıyan dronlar, hava şarları və çərpələnglərinburaxılması təhlükəsi müzakirə olunub.

​İsrail tərəfi HƏMAS-a xəbərdarlıq edərək bildirib ki, bu cür təxribatlar dərhal dayandırılmasa, hərbi qüvvələr hücumların təşkilatçılarına qarşı zərbələri gücləndirəcək və uçuş vasitələrinin buraxıldığı ərazilərin əhalisi təxliyə ediləcək. Vurğulanıb ki, İsrail heç bir qruplaşmanın mülki vətəndaşların təhlükəsizliyini təhdid etməsinə yol verməyəcək.

​Qeyd olunub ki, 2018-ci ilin mart ayından etibarən sərhəddə keçirilən kütləvi aksiyalar zamanı fələstinli radikallar tərəfindən yanıcı vasitələrlə təchiz olunmuş şarlar və çərpələnglər tətbiq edilir. İsrail bu cür halları terror fəaliyyəti kimi qiymətləndirir. "The Times of Israel" qəzetinin məlumatına görə, son həftəsonu Qəzza sərhədi yaxınlığındakı Nahal-Oz yaşayış məntəqəsi ərazisində şübhəli əşyalar aşkar edilməyən azı dörd çərpələng qeydə alınıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər