Xocavənd və Xocalı rayonlarına növbəti köç karvanı yola salınıb - YENİLƏNİB

Əziz Əzizli
Xocavənd və Xocalı rayonlarına növbəti köç karvanı yola salınıb - YENİLƏNİB

Xocavənd rayonunun Sos kəndinə də köç karvanı yola düşüb.

Operativ Media xəbər verir ki, Sos kəndinə 45 nəfərdən ibarət 10 ailə yola salınıb.

Qeyd edək ki, bu gün erkən saatlarda Xocavənd rayonunun Qırmızı Bazar, Xocalı rayonunun isə Şuşakənd kəndinə növbəti köç karvanı yola salınıb. 10 ailə (39 nəfər) Qırmızı Bazar, 15 ailə (59 nəfər) isə Şuşakənd kəndində məskunlaşacaq.

***

06:37

Xocavənd rayonunun Qırmızıbazar, Xocalı rayonunun isə Şuşakənd kəndinə növbəti köç karvanı yola salınıb.

Operativ Media xəbər verir ki, bu mərhələdə kəndlərə ümumilikdə 98 nəfərdən ibarət 25 ailə köçürülür.

Onlardan 10 ailə (39 nəfər) Qırmızıbazar, 15 ailə (59 nəfər) isə Şuşakənd kəndində məskunlaşacaq.

Qeyd edək ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Digər xəbərlər